“Yurdda sülh, cahanda sülh” prinsipi ilə yaşayan ailə - AİLƏ

“Yurdda sülh, cahanda sülh” prinsipi ilə yaşayan ailə - AİLƏ
18:43 28 Oktyabr 2016
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Aqil Lətifov: “Gözəlliyə, vara-dövlətə yox, daxili zənginliyə vurulmaq lazımdır”

Mehriban Paşayeva: "Qadın və kişi bir-birinə məlhəm olmalıdır”

Hər bir ailənin xoşbəxt olmasının, kiçik dövlət kimi uğurla idarə edilməsinin bir sirri var. Bu sirr sevgi və düzgün seçimdir. Düşünürlər ki, kişini kişi edən qadın, qadını qadın edənsə kişidir. Xoşbəxt ailədə onlar üçün ən vacib şərt ömür-gün yoldaşının düzgün seçilməsidir. Onlara görə, A-dan Z-yə qədər hər şeyi düzgün etməlisən ki, xoşbəxtliyə gedən yola güclü təməl atasan.
"Ailə” rubrikamızın bu dəfəki qonaqları Publika.az xəbər portalının redaktoru Aqil Lətifov və xanımı Mehriban Paşayevadır. Dörd ildir evlidirlər. Hüseyn adlı bir övladları var.
Əvvəlcə müsahiblərimin tanışlıq tarixçələrinə nəzər salaq.


"Məni özünə aşiq etdi”

Mehriban deyir ki, Aqil kirayə ev axtararkən Mehribanın nənəsigilə gəlib çıxıb. Kirayə mənzillə yanaşı, qismətini, ömür-gün yoldaşını da elə burada tapıb: "Başımı aldatdı və məni özünə aşiq etdi. Təbii ki, bu, zarafatdır. Tanışlığımız indiki kimi yadımdadır və inanmıram ki, nə vaxtsa geridə qalan o özəl günləri unudum. 2004-cü ilin avqustun 14-ü idi, həyətdə oturmuşdum, birdən darvaza açıldı, bir oğlan içəri daxil oldu, salam verib nənəmi soruşdu. Həyətimizdə bir mənzil vardı, nənəm oranı kirayə verirdi. Aqil də məhz kirayə qalmaq üçün ev axtarırdı. Və deyərdim ki, elə o evlə bərabər məni seçmiş oldu. Beləcə, Aqili tanıdım. Sən demə, bu tanışlıq sonradan sevgiyə çevriləcəkmiş. Universitetə hazırlaşdığım üçün tez-tez Aqilə müraciət edirdim. O, tələbə idi və hazırlaşdığım 3-cü qrupa aid fənləri əla bilirdi və mənə köməklik göstərirdi. Sən demə, Aqil mənə aşiq olubmuş, amma bunu gizli saxlayırmış. Mənsə heç nə hiss etmirdim. Bir gün qulağıma çatdı ki, Aqil məni sevir, elə o gündən ona salam vermədim, küsülülük etməyə başladım. Bu küsülülük bir il çəkdi, lakin həmin il ərzində mən də Aqilə aşiq oldum. İlk vaxtlar özümü bir xeyli naza qoydum, ancaq qəlbimin səsinə qulaq asmaya da bilməzdim. Nəhayət, iki il sonra sevgimizi bir-birimizə etiraf etdik. Beləcə, xoş keçən bir neçə ilin ardından 2011-ci ildə nişanımız, bir il sonra isə toyumuz oldu. Artıq 4 ildir ki, evliyik və bir oğlumuz var. Yaxşı ki, Aqili seçmişəm, yaxşı ki, onunla və balaca Hüseynimizlə birgəyik. Bu arada, qayınatama və qayınanam təşəkkür edirəm ki, Aqil kimi bir övlad yetişdirib mənə hədiyyə ediblər. Allah belə valideynləri qorusun”.

"İntuisiyam dedi ki, bu xanım sənin olmalıdır”


Gəncləri bir-birinə cəlb edən xüsusiyyətlərə gəlincə, Mehriban deyir ki, Aqili bütün xüsusiyyətləri ilə sevib: "Aqilin demək olar, bütün xüsusiyyətləri xoşuma gəlirdi. Onun kişi xarakteri, bütün pis vərdişlərdən uzaq olması məni daha çox cəlb edirdi. Çox səbirli, anlayışlı, diqqətcil, yerini bilən, təvazökar, savadlı, əxlaqlı olması, heç kimin haqqını yeməməsi, kimsəyə yuxarıdan aşağı baxmaması şübhəsiz ki, mənim üçün son dərəcə qiymətli xüsusiyyətlərdir”.
Aqil isə deyir ki, ilk dəfə Mehribanı görən gündən ona bir könüldən min könülə vurulub: "İnsan ömrü çıx qısadır və bunu kiminlə paylaşmaq çox vacibdir. Gələcək həyatımı paylaşa biləcəyim, istədiklərimi, hətta ondan artıq keyfiyyətləri tapdığım tək xanım məhz o idi. İlk dəfə Mehribanı görən kimi, sanki intuisiyam dedi ki, bu xanım sənin olmalıdır. Daxili səsim məni yanıltmadı”.

"İnsan bir dəfə sevər, məzara qədər sürər”

4 ildir azalmadan davam edən sevgilərinin daimi olacağına inanırlar. Düşünürlər ki, ailədə xoşbəxtlik üçün ən vacib şərtlərdən biri sevgidir. Mehribanın sözlərinə görə, qadın və kişi evdə bir-birlərinə məlhəm olmalıdırlar: "Ailəmlə birgə keçirdiyim hər an, övladımın və Aqilin canının sağlam, sevincli olmasını görmək mənim üçün ən böyük xoşbəxtlikdir. Fikrimcə, qarşılıqlı hörmət, güzəştə getmə bacarığı, bir-birini başa düşmək xoşbəxtlik üçün həm kişi, həm də qadında olması gərəkən xüsusiyyətlərdir. Təbii ki, kişi ailənin ehtiyaclarını qarşılamaq üçün əlindən gələni etməli, ailəsinin xoş güzəranı üçün çalışmalı, bir sözlə, ailəcanlı olmalıdır. Həmçinin qadın da həyat yoldaşını başa düşməli, onu xırda problemlərlə yükləməməlidir. Uzun sözün qısası, qadın və kişi bir-birinə məlhəm olmalı, bir-birini sevməlidir. Sevgi olmadan xoşbəxtliyi təsəvvür edə bilmirəm. Mənim üçün sevgi vacib şərtdir. Yəqin ki, sevgisiz xoşbəxt ola bilməzdim. Sevgi ilə qarşılıqlı hörmət bir arada olanda o daha zövqlü olur”.
Aqil isə düşünür ki, xoşbəxtlik üçün vacib şərt düzgün insanı sevmək və seçməkdir: "Xoşbəxtliyin sirri düzgün insanın seçilməsidir. Mən bu seçimi tam düzgün etdim və xoşbəxtəm. Mənim anlamımda məhəbbət daimidir. Çünki insan bir dəfə sevə bilər və o da məzara qədər sürər. Əgər sevginin ömrü illərlə ölçüldüsə, deməli, o artıq eşq deyil, hansısa bir istəkdir. Ailəni möhkəm edən cütlükləri bir-birinə bağlayan vacib element sevgidir. Ailədə sevgisiz hörmət şəxsən mənimçün anlamsız olar. Sevgi və hörmətin bir arada olması tam fərqli keyfiyyətdir. Əgər ailə hörmətlə yaşayardısa, o zaman sevib-seçməyə nə gərək var ki... Mənim üçün ailə müqəddəs bir ocaq, insanın sığındığı isti bir yuva, əvəzolunmaz sərvətdir. Bu ailənin təməlini də sevgi ilə qurdum”.

"Niyə anamı incidirsən?”

Hər ailədə olduğu kimi, həmsöhbətlərimizin də ailəsində müəyyən problemlər ortaya çıxır. Amma onlar səbir və təmkinlə kiçik narazılıqların qarşısını alırlar. Mehriban deyir ki, Aqil ailədə hər zaman "su”dur: "Demək olar ki, məni problemlərdən uzaq tutmağa çalışır. Təbii ki, birgə həll etməyə məcbur olduğumuz problemlər də olur. Onları da bərabər düşünərək yoluna qoyuruq. Kiçik narazılıqlarda Aqil hər zaman "su”dur. O, nadir hallarda "od” olur. O zaman da mənə "su” olmaqdan başqa yol qalmır”.
Aqil isə "yurdda sülh, cahanda sülh” tərəfdarıdır: "Ümumiyyətlə, tanıyanlar bilir ki, mən mübahisə etməyi sevən adam deyiləm, hamı ilə sülh şəraitində keçinməyə çalışıram. Atatürk demiş "Yurdda sülh, cahanda sülh”. Amma təbii ki həyatı, ömrünüzü paylaşdığınız şəxslə mübahisə də qaçılmaz olur. Nadir hallarda da olsa, bizdə də bu, baş verir, lakin bir-iki söz atışması ilə sona çatır. Çünki səsim bir az yüksəkdən çıxsa, o dəqiqə Hüseyn gəlir və "niyə anamı incidirsən” deyir. Küsülü qalmağı, ümumiyyətlə, sevmirəm. Ailədə küsülük olmaz...”.

Dünyanın ən çətin sənəti

Övladlarını necə tərbiyə etdiklərinə gəldikdə isə, Mehriban deyir ki, uşağın yanında öz davranışlarına, danışıqlarına, bir-birlərinə müraciət formalarına fikir verirlər: "Daha çox onu başa salaraq, nəyin doğru, nəyin yanlış olduğunu deməklə tərbiyə edirik. Ən xırda kobud rəftara belə, yol verməməyə çalışırıq. Bir baxışımızla hər şeyi anlayır. O dəqiqə deyir ki, ana, ata, nə etdim ki, mənə elə baxırsınız? Təsadüfən azca hündürdən danışsaq, o an deyir ki, mən sizdən küsdüm, çünki mənim üstümə qışqırdınız. Bütün bunlarla yanaşı, öz davranışlarımıza, danışığımıza, müraciət formamıza mütləq fikir veririk. Çünki uşaq daha çox gördüyünü götürür...”.
Aqil isə hesab edir ki, övlad tərbiyə etmək dünyanın ən çətin məsləklərindəndir: "Bəlkə də birincisidir. Çünki bütün məqamları diqqətə almalısan. Çox sağ olsun, Mehriban xanım bu müqəddəs vəzifəni layiqincə yerinə yetirir. Onun bu qədər övladcanlı, qonaqpərvər, əliaçıq olduğunu sonradan kəşf etdim. Mehribanın uşağın tərbiyəsi ilə mükəmməl məşğul olması, onu Azərbaycana, xalqımıza, vətənimizə layiqli bir vətəndaş kimi yetişdirməyə çalışması məni çox sevindirir...Mən də evdə olduğum müddətcə kömək olmağa çalışıram. Şübhəsiz ki, təkcə bunu belə elə, bunu etmə, bu pisdir, bu yaxşıdır, deməklə tərbiyə olmur. Mütləq ailədə davranışınıza, danışığınıza, müraciət qaydanıza, ictimaiyyət arasındakı hərəkətlərinizə, ümumiyyətlə, bütün addımlarınıza diqqət etməlisiniz. Çünki uşaq hər şeyi toplayır. O, beynindəki ağ kağızı daha çox ata və anadan gördüyü ilə doldurur. Bir dəfə birgə şəhər gəzintisində idik, əlimdəki tullantını zibil qabına atdım, bir də baxdım ki, 2 yaşı olmayan Hüseyn də əlindəki zibili aparıb ora atdı. O vaxtdan indiyədək o, yerə zibil atmaz. Bunu mən izah etmədim, sadəcə görüb götürdü. Yəni ən vacib dildən çıxan sözlər yox, edilən əməllərdir. Uşaq zorakılıq, pis danışıq görsə, pisi, yaxşı davranış görsə, yaxşını tətbiq edəcək”.

"Özünüzü isti yuvadan məhrum etməyin”

Müsahiblərimizlə ailə dəyərlərindən də danışdıq. Mehriban deyir ki, ailə müqəddəs institutdur: "Ailə müqəddəs bir institut, kiçik bir dövlətdir. Və bu dövlətə məsuliyyətlə yanaşmasaq, onun layiqli vətəndaşları yetişməz. Odur ki, cəmiyyətimizi necə görmək istəyiriksə, ailəmizə elə yanaşmalıyıq. Belə olduqda daha rahat yaşayacağımız, böyük-kiçik yerini bilən layiqli topluma sahiblənəcəyik. Təsəvvür edin ki, ailə bar verən bir meyvə ağacıdır. Ona vaxtı-vaxtında qulluq etsək, gübrəsini versək, kənar təsirlərdən, yağışdan, küləkdən qorusaq, daha keyfiyyətli məhsullar əldə edəcəyik. Əks halda, məhsullarımız xarab olacaq”.
Aqil "subaylıq sultanlıqdır” sözü ilə razı deyil. Deyir ki, subaylıqda "sultanlıq” böyük ölçüdə ömrü boşa verməkdə maraqlı olanların düşüncəsidir: "İnsan çalışıb ona verilən bu qısa ömürdən səmərəli istifadə etməlidir: Evli və subay olmağın bura heç bir aidiyyəti yoxdur. Bir çoxu ailə qayğısını çəkməkdə zorlandığı üçün bu fikri ortaya atıb. Amma unutmaq lazım deyil ki, insan yaşa dolduqca qayğılar da artır. Məncə, əsl sultanlıq bu qayğılarla başa çıxmaq, yaxşı bir həyat yoldaşına, övlada sahib olmaqdır. Unutmayaq ki, subaylıqda sultan olanların bir çoxu evlənəndən sonra saraydan qovulanlardır... Ailə qurmaq istəməyənlərə tövsiyəm odur ki, özünüzü isti yuvadan, əvəzolunmaz varlıqdan, ata deyəndə dünyanı sənə verən, ən şirin nemətdən - övladdan məhrum etməyin. İnsanın ömrü nə qədər uzundur ki, onu da boş günlərlə keçirirsiniz? Odur ki, öz sarayınızın sultanı olun”.
Sonda müsahiblərimiz vurğuladı ki, gənclər ailə qurarkən gözəlliyə, boş vədlərə, var-dövlətə aldanmasınlar: "Böyüklərimiz deyirdi ki, köklü nəsildən qız alın. İndiki dövrdə bu, hər nə qədər diqqətə alınmasa da, vacib elementlərdən biridir. Düzgün seçim mütləqdir. Qarşılıqlı anlayış, qarşılıqlı hörmət, bir-birini anlamaq, insani keyfiyyətlərə diqqət yetirilməlidir. Gözəlliyə, vara-dövlətə, boş vədlərə aldanmaq, xam xəyallara düşmək yerinə daxili zənginliyə vurulmaq lazımdır. Çünki bu, həqiqətdir ki, "kişini kişi edən qadın, qadını qadın edənsə kişidir”.

Aygün ƏZİZ (Kaspi.az)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İran yeni raketlərinin istehsalına başladı

23 İyul 2017 02:53

Emili və Devid - FOTO

23 İyul 2017 02:32

Yunanıstanda iki güclü zəlzələ

23 İyul 2017 02:18

Ərəb şeyxindən 222 milyon avroluq təklif -

23 İyul 2017 02:15

Cazibədar İzabeli - FOTO

23 İyul 2017 01:32

"Ankaraya aid siyasətə yenidən baxmaq lazımdır" - Merkelin dəftərxanasının rəhbəri

23 İyul 2017 01:27

Robot özünü suya ataraq intihar etdi -

23 İyul 2017 01:09

Yunanıstanda yenə zəlzələ oldu

23 İyul 2017 00:29

BMT-nin Təhlükəsizlik Şurası Qüdsə görə təcili toplantı keçirəcək

23 İyul 2017 00:27

Əfqanıstanda Taliban silahlıları azı 70 nəfəri əsir götürüblər

23 İyul 2017 00:26

24 il Ağdamsız...

23 İyul 2017 00:17

Cəlilabadda qəza törədən maşın yanacaqdoldurma məntəqəsinə çırpılıb

23 İyul 2017 00:12

Astroloji proqnoz - 23 iyul

23 İyul 2017 00:08

Bella Venesiya küçələrini dolaşdı - FOTO

23 İyul 2017 00:05

Günün qoroskopu: maraqlı təfərrüatlar öyrənə bilərsiniz

23 İyul 2017 00:05

Ağdamın işğalından 24 il ötür

23 İyul 2017 00:02

Sumqayıtda binada yanğın, 8 sakin təxliyə olundu

22 İyul 2017 23:59

Həyat yoldaşı, qardaşı və anasını qətlə yetirdikdən sonra özünü güllələdi -

22 İyul 2017 23:56

Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası açılıb

22 İyul 2017 23:52

İran yeni raketlərin istehsalına başlayıb

22 İyul 2017 23:52

17 yaşlı tələbə intim münasibətdən imtina edən qadının 1 aylıq körpəsini öldürdü

22 İyul 2017 23:48

Milli üzvü baxdı, komandası qola həsrət qaldı

22 İyul 2017 23:47

Halitoz-ağızdan pis qoxunun gəlməsi

22 İyul 2017 23:47

Yövmüş-şəkk nədir?

22 İyul 2017 23:42

Donald Trampın şəxsi vəkili istefa verdi

22 İyul 2017 23:42

Ən gözəl baldırlı qadın seçildi - FOTO

22 İyul 2017 23:32

İsmayıllıda bələdiyyəyə məxsus ərazidə yanğı

22 İyul 2017 23:28

İran “Sayad-3” raketlərinin istehsalına başladı

22 İyul 2017 23:24

Nəfslə mübarizənin əhəmiyyəti

22 İyul 2017 23:22

“Şerif” Bakıya xal itkisi ilə gəlir

22 İyul 2017 23:22

Sərnişin avtobusunda dəhşət -

22 İyul 2017 23:19

Göbələk zəhərlənmələri və müalicəsi

22 İyul 2017 23:17

Məşhurların sellülitli halları - FOTO

22 İyul 2017 23:17

Röya konsert verəcək

22 İyul 2017 23:12

Yayın ən dəbli çantaları - FOTO

22 İyul 2017 23:12

Antibiotiklərin orqanizmdə rolu

22 İyul 2017 23:12

Alişan əsəbiləşdi: "İstədiyi kimi öpüşər, sevişər..."

22 İyul 2017 23:12

Gənc model erotik sessiyaya çəkildi - FOTO

22 İyul 2017 23:05

İsmayıllıda “Belarus” yanıb

22 İyul 2017 23:05

Xəzərdə batan xilas edilib

22 İyul 2017 23:05

İranda güclü yanğın -

22 İyul 2017 22:51

Taliblər 70 dinc sakini girov götürdü

22 İyul 2017 22:49

Diet saxlamaq istəyənlərə 10 detoks çayı

22 İyul 2017 22:47

Qocalmaq istəmirsinizsə AYAQLARINIZA GÜC VERİN

22 İyul 2017 22:42

Nahar vaxtı oxunan dualar haqqında

22 İyul 2017 22:42

Atıcılıq üzrə Avropa çempionatının təntənəli açılış mərasimi - FOTO

22 İyul 2017 22:38

Bodrum sahillərində daha iki zəlzələ olub

22 İyul 2017 22:37

Məşhur futbolçunun sabiq məşuqəsi: "O, məni yenidən sevir" - FOTO

22 İyul 2017 22:32

İranda azərbaycanlı hüquq müdafiəçisi həbs edilib

22 İyul 2017 22:27

İnsan üzlü keçi dünyaya gəldi

22 İyul 2017 22:24