Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Mosul azad edilən kimi..." - Bərzani

"Mosul azad edilən kimi..." - Bərzani

Date: 28 October 2016 18:52

Mosul azad edilən kimi, kürdlər müstəqillik elan etmək üçün hərəkətə keçəcək. 

Milli.Az atv.az-a istinadən bildirir ki, İraq Kürd Muxtariyyətinin baş naziri Nəçirvan Bərzani bunun üçün  Bağdaddakı rəsmilərlərlə danışıqlar aparacaqlarını bəyan edib. Alman mediasına müsahibə verən Bərzani Mosuldakı İŞİD terrorçularının xeyli sayda kamikadzeyə sahib olduğunu irəli sürüb.

Mosulun 3 ay ərzində terrorçulardan təmizlənəcəyini diqqətə çatdıran kürd rəsmisi bundan sonra Kürdüstanın müstəqilliyi üçün leqal prosesə start verəcəklərini bildirib. Bərzani ABŞ-ın İraqı işğal etməsindən sonra ölkədə demokratik bir dövlətin formalaşacağını düşündüklərini, ancaq bunun baş vermədiyini deyib

Milli.Az


Tags:  Mosul azad edilən Bərzani

RƏYLƏR


Top news