Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər verilib

Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər verilib
18:57 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ İtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Xəzər rayonunun Mərdəkan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, forumda 100-ə yaxın sahibkar iştirak edib. 
Rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir istixana kompleksinin, ixtisaslaşdırılmış "yaşıl market"in, istixana və zeytunçuluq təsərrüfatlarının, badam bağlarının salınması, ət kəsimi və üzlük daşların istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Fondun icraçı direktoru Şirzad Abdullayev vurğulayıb ki, bu ilin ötən dövrü ərzində ölkə üzrə 1876 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 123,8 milyon manat güzəştli kredit verilib: "Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5900-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə bugünədək Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində sahibkarlıq subyektlərinin 1300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 344,6 milyon manat güzəştli kredit yönəldilib".
Mərdəkanda keçirilən işgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən 16 sahibkara 905 min manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər əsasən quşçuluq, tərəvəzçilik, mebel, karton məhsulları, un məmulatları istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində tərəvəz məhsulları istehsal edən müasir istixana təsərrüfatına baxış keçirilib. 
Xatırladaq ki, ümumilikdə, son illər 32 müasir istixana kompleksinin yaradılmasına 97,4 milyon manat güzəştli kredit verilib.



Xəbərin orijinal ünvanı: http://report.az/biznes/baki-qesebelerinde-fealiyyet-gosteren-sahibkarlara-guzestli-kreditler-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR