Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Şərq" qəzeti Mətbuat Şurasının diplomu ilə təltif edilib

"Şərq" qəzeti Mətbuat Şurasının diplomu ilə təltif edilib

Date: 28 October 2016 19:22

"Şərq" qəzeti Mətbuat Şurasının diplomu ilə təltif edilib.

Milli.Az bildiir ki, Şuradan Milli.Az-a verilən məlumata görə, diplom Şuranın İdarə Heyətinin bu gün keçirilmiş iclasında nəşrin baş redaktoru Akif Aşırlıya təqdim edilib. Mətbuat Şurasının İdarə Heyəti fəaliyyətinin 20 ili tamam olan qəzetin müasir media ənənələrinin formalaşmasındakı xidmətlərini əsas götürüb.

Qeyd edək ki, Mətbuat Şurası "Şərq" qəzetinə təbrik məktubu ünvanlayıb. Məktubda bildirilib ki, müasir dövr mətbuatımızın keçdiyi yolu xarakterizə edərkən bir neçə qəzetin adı yada ilk növbədə düşür. Bu qəzetlərdən biri də 20 illik yubileyini qeyd edən "Şərq"dir.

"Şərq" qəzeti dövlət müstəqilliyimizin kövrək olduğu zaman kəsiyində yarandı. Hadisə və proseslərə məxsusi yanaşması ilə təkcə qəzetçilik ənənələrinə söykənən missiya yerinə yetirmədi, eyni zamanda hər zaman aktual əhəmiyyət daşıyan söz azadlığının, plüralizmin dəyər qazanmasına özünün layiqli töhfəsini verdi. Nəşrin təqdimatları bu dəyərlərin sərhədlərini təkcə ayrı-ayrı jurnalistlərin yaradıcılığı müstəvisində genişləndirmədi, sözün qüdrətini bütövlükdə ictimai şüur və düşüncə sistemimizə hopdurdu. Bu cəhət "Şərq"in son dərəcə böyük nailiyyətidir.

Təbrikdə vurğulanır: "Şərq" yenə də öz dəst-xəttinə sadiqliyi ilə seçilir. Bu, eyni zamanda əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan klassik mətbuat ənənələrimizə sadiqlik ruhudur. Yubilyar nəşrin geniş oxucu kütləsinə sevdirən də elə məhz budur. Çünki bu sadiqlikdə Vətənə, torpağa, doğma yurda, el-obaya bağlılıq, Vətən övladına sonsuz sevgi jurnalistikanın tələbləri ilə çulğalaşaraq peşəkarlıq keyfiyyətini doğurur. "Şərq" baş redaktor Akif Aşırlı olmaqla peşəkar jurnalistlərin yaradıcılıq məbədi, özlərinə doğma və əziz bildikləri məkandır".

Milli.Az


Tags:  Şərq qəzeti Mətbuat Şurasının diplomu təltif edilib

RƏYLƏR


Top news