"Vine" BAĞLANIR

"Vine" BAĞLANIR
19:42 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Twitter" şirkəti qısa videolar üçün nəzərdə tutulan "Vine" servisini bağlayacağını elan edib.

Milli.Az technote-yə istinadən xəbər verir ki, yaxın bir neçə ay ərzində mobil tətbiq tamamilə söndürüləcək.

Hazırda servisin tətbiqini, veb saytını və servisdə olan videoları heç bir təhlükə gözləmir.

İstifadəçilər əvvəlki kimi servisə daxil olub öz qiymətli videolarını yükləyə bilərlər. İstifadəçilərin videoları izləyə bilmələri üçün "Vine"ın veb saytı hələ ki onlayn şəkildə qalacaq. Servisin tamamilə bağlanmasından öncə istifadəçilərə qabaqcadan xəbər veriləcək.

Qeyd edək ki, "Vine" servisi 2013-cü ildə işə salınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/484249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR