Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qubada torpaq sürüşməsi baş verib, 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib

Qubada torpaq sürüşməsi baş verib, 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib

Date: 28 October 2016 19:47

Bakı. 28 oktyabr. REPORT.AZ/ Quba rayonun dağlıq ərazidə sürüşmə baş verib. 
"Report"un Şimal bürosu xəbər verir ki, Quba rayonunu Xınalıq kəndi ilə birləşdirən avtomobil yoluna 3 tondan böyük qaya parçası torpaq qatı ilə birlikdə düşüb. Nəticədə Quba-Xınalıq yolunun 35-ci kilometrliyi bağlanıb. Hazırda 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
"Azəravtoyol" ASC-nin Xınalıq üzrə sahə rəisi Bilal Sultanov "Report"a bildirib ki, yolun açılması üçün əraziyə texnika cəlb olunub: "Hazırda yol bağlıdır və bu yoldan istifadə edən sürücülər çox ehtiyatlı olsunlar". 

Tags:  Qubada torpaq sürüşməsi baş verib kəndlə nəqliyyat əlaqəsi kəsilib

RƏYLƏR


Top news