Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Terminator" gerçək olacaq - Bunun üçün 3 milyard dollar ayrıldı

"Terminator" gerçək olacaq - Bunun üçün 3 milyard dollar ayrıldı

Date: 28 October 2016 19:52

Terminator əfsanəsini gerçəkləşdirmək üçün Pentaqon təqribən 3 milyard dollar pul ayırıb.

Milli.Az technote.az-a istinadən bildirir ki, baş rolda Arnold Şvarzeneggerin rol aldığı "Terminator" filmində bəhs edilən yox edən robotlar Pentaqon tərəfindən gerçəyə çevrilib. Robot texnologiyalarını əsasən təhlükəsizlik sistemlərində istifadə etməyə başlayan ABŞ, ilk əvvəl özünü öldürən dronların testini həyata keçirib. Belə ki, kiçik bir əyalətdə həyata keçirilən təcrübədə üzərində kamera yerləşdirilən dronlar hədəflərini təyin edə biliblər. Bu dronlar əllərində AK47 olan 12 şəxsdən ibarət birliyi heç bir yardıma ehtiyac duymadan təhlükəsiz hala gətirə bilib.

500 milyard dollar büdcəsi olan və keçən il yeni texnologiyalara 18 milyard dollar pul ayıran Pentaqon bunun 3 miyard dollarını insan-maşın savaş komandalarına sərf edib. Mexaniki tərəfi haqda çox da məlumat verilməsə də gələcək illərdə görüntü etibari ilə Terminatorlara bənzəyən savaş maşınları görə biləcəyik.

Əsasən "insansız savaş maşınları" layihəsi üzərində ciddi işlər aparan ABŞ, hücum edəcəyi obyekti təyin edə bilən uçan savaşçı robotları, kiçik gəmilər və dənizaltı gəmilər istehsal edir. Bu dəniz maşınları yenə insan yardımı almadan minlərcə kilometr yol qət edə bilirlər.

Hər kəsi maraqlandıran digər bir sual isə özləri qərar qəbul edən robotların insanlıq üçün nə dərəcədə təhlükəli olması məsələsidir. Stephen Hawking bu mövzuda bir qədər ehtiyatlı davranmağı tövsiyə etsə də alimlər bu mövzuda israrla davam etməkdədirlər.

Milli.Az


Tags:  Terminator gerçək olacaq Bunun milyard dollar ayrıldı

RƏYLƏR


Top news