Tacikistan işıqsız qaldı

Tacikistan işıqsız qaldı
19:52 28 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Tacikistan ərazisinin təxminən 90%-də elektrik enerjisinin verilişi kəsilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, ölkənin enerji təchizatında böyük qəza baş verib və hazırda onun səbəbləri araşdırılaraq, qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.

Son il ərzində bu Tacikistanda birinci hadisə deyil. Bir sıra rayonlar mütəmadi olaraq elektrik enerjisinin verilməməsindən əziyyət çəkirlər. Buna baxmayaraq, ölkə hökuməti noyabr ayının 1-dən elektrik enerjisi tariflərinin yüksəlməsi barədə qərar qəbul edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR