Çin ABŞ-ın maliyyə strukturlarına ciddi xəbərdarlıq göndərib

Çin ABŞ-ın maliyyə strukturlarına ciddi xəbərdarlıq göndərib
20:02 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Çin Xalq Bankı (Çin Mərkəzi Bankı) növbəti dəfə ABŞ Federal Ehtiyat Sisteminə (FES) uçot dərəcələrini artırmamaq barədə xəbərdarlıq edib. 
"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Çin əvvəllər də FES-ə xəbərdarlıqlar edib və bunun bəhrəsini görüb. Belə ki, Çin son günlər milli valyuası yuanın devalvasiyasını sürətləndirərərək son 6 ilin minimal səviyyəsi olan 6,7858 səviyyəsinə çatdırıb. Oktyabr ayında yuan 1%-dən çox ucuzlaşıb. Buna baxmayaraq, Çin Xalq Bankı yuanın ucuzlaşdırılmasını dayandırmaq fikrində deyil. Bu il oktyabrın 1-dək Çin Xalq Bankı dolalrın məzənnəsini 6,7 yuan səviyyəsində saxlamaq üçün 19 mlrd. dollar xərcləyib. Lakin oktyabrda yuanın Beynəlxaql Valyuta Fondunun(İMF) valyuta səbətinə daxil olmasından sonra yuana dəstək verilməsi dayandırılıb. 
"Deutsche Bank"a görə, son günlərdə Çində dollara tələbatın artması yuanın ucuzlaşmasının davam etməsinə səbəb olacaq. Banklar Çində yeni il bayramı ərəfəsində dollar alışını artıracaqlar. "Yuanı devalvasiya edərək Çin, FES-ə uçot dərəcələrini artırmamaq barədə xəbərdarlıq siqnalı göndərir", - deyə FES və İMF-in keçmiş iqtisadçısı,"SLJ Partners"in sahiblərindən biri olan Stiven Cen v(Stephen Jen) bildirib. 
Çin bununla qlobal valyuta müharibəsində taktik gediş etdiyini göstərib.
Xatırladaq ki, bundan əvvəl FES-in keçən ilin dekabr ayında uçot dərəcələrini qaldırması nəticəsində dünya maliyyə bazarları qısamüddətli böhran keçirib. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/cin-abs-in-maliyye-strukturlarina-ciddi-xeberdarliq-gonderib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR