Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avtobusda GƏRGİN ANLAR: hamilə qadın doğdu - VİDEO

Avtobusda GƏRGİN ANLAR: hamilə qadın doğdu - VİDEO

Date: 28 October 2016 20:05

Türkiyədə qəribə olay baş verib.

Milli.Az İHA-ya istinadən bildirir ki, İstanbulda sərnişin avtobusunda hamilə qadının sancıları tutub.

Bunu görən sürücü dərhal bütün sərnişinləri avtobusdan düşürərək (qadına kömək etmək üçün bir neçə qadın sərnişindən başqa) doğmaq üzrə olan qadını "doğum evi"nə çatırmağa çalışıb. İstanbul yollarında avtomobil sıxlığı onları ləngidərkən sürücü qərarını dəyişib avtobusu ən yaxınlıqda olan xəstəxanalardan birinin həyətinə sürüb. Həmin an doğuş edən qadına kömək üçün xəstəxanadan kömək çağırılıb.

Beləcə suriyalı qadın sərnişin avtobusunda övladını dünyaya gətirib.

Bütün bu yaşananlar təhlükəsizlik kamerasına əks olunub.

Qəhrəman sürücü avtobusunu idarə etdiyi firma tərəfindən qızılla mükafatlandırılıb.

Təhməz Təkin
Milli.Az


Tags:  Avtobusda GƏRGİN ANLAR hamilə qadın doğdu VİDEO

RƏYLƏR


Top news