Bakıda "Mənim Hindistanım" adlı sərgisi keçirilib

Bakıda "Mənim Hindistanım" adlı sərgisi keçirilib
20:12 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakıda Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətovun "Mənim Hindistanım" adlı sərgisi keçirilib.
"Report"un verdiyi məlumata görə, sərgi Hindistanın Azərbaycandakı səfiri Sanjay Rananın iqamətgahında təşkil olunub.
Tədbirdə çıxış edən səfir deyib ki, Ə.Heybətov məşhur rəssam və YUNESKO-nun Rəssamlar Assosiasiyasının üzvüdür.
Səfirin sözlərinə görə, rəssamın məşhur əsərləri Nyu-Yorkda, Moskvada və digər şəhərlərdə sərgilənib. O, iki dəfə Hindistanda olduqdan sonra gördüklərini yaratdığı əsərlərdə əks etdirib.
Sonra müəllif və tədbirin digər fəxri qonaqları sərginin açılmasıni bildirən simvolik şamları yandırıblar.
Rəssamın 35-dək əsərinin nümayiş olunduğu sərgi Azərbaycan-Hindistan münasibətlərinin ildönümünə həsr olunub.
Əsərlərin Bakının digər yerlərində də nümayışı gözlənilir.  

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/bakida-menim-hindistanim-adli-sergisi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR