Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq

Date: 28 October 2016 20:17

Bakı. 28 oktyabr. REPORT.AZ/ Abşeron rayonu ərazisində diametri 530 mm-lik yeraltı orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar oktyabrın 28-də saat 20:00-dan işlər yekunlaşanadək təmir işləri aparılacaq.
"Azəriqaz" İB-dən "Report"a verilən məlumata görə, təmir müddətində Xırdalan şəhəri, Qobu, Güzdək, Aşağı Güzdək, Atyalı, Nubar və Hökməli qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Binəqədi rayonu Çiçək yaşayış massivinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Abonentlərin nəzərinə çatdırılır ki, görüləcək təmir-bərpa işləri gecə saatlarında bitəcəyi tədqirdə texniki təhlükəsizlik qaydaları nəzərə alınaraq, təbii qazın verilişi ertəsi gün səhər saatlarında bərpa ediləcək.
"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı abonentlərdən üzr istəyir və bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir. 

Tags:  Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq

RƏYLƏR


Top news