Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 28 Oktyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 28 Oktyabr
20:24 28 Oktyabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

 

Rusiya kütləvi informasiya vasitələri Suriyada illərdir vətəndaş müharibəsi getməsinə rəğmən səfərbərlik elan olunmamasını sərt tənqid edir. Moskva Suriyada kürd federasiyası yaradılması, YPG-nin hüquqi tərəf kimi tanınması ilə bağlı Əsədlə danışıqlarda vasitəçilik edir. Rusiya Suriya hərbi məkanını Türkiyə təyyarələri üçün yenidən de-fakto bağlayır. Əsəd Rusiya aviasiyasının da dəstəyi ilə Azad Suriya Ordusunun mövqelərini bombardman edir, bu, dolayı yolla Türkiyənin maraqlarının bombalanması deməkdir. Ankara ilk mərhələdə Rəqqaya hücum əməliyyatında iştirak etməyəcəyini bəyan etsə də, Vaşinqton bunun əksini iddia edən bəyanatlar verir. Qısası, Suriyada baş verənlər Rusiyanın maraqlarının lehinə, Türkiyənin maraqlarının tam əleyhinə inkişaf edir. Bu durumun qısa icmalı budur - Ankara ilə Moskva arasında gizli böhran yaşanır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257958

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR