“Boeing” şaquli uçuş və eniş təyyarəsini patentləşdirib

“Boeing” şaquli uçuş və eniş təyyarəsini patentləşdirib
20:27 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ ABŞ-ın “Boeing” aviatikinti korporasiyası şaquli uçuş və eniş həyata keçirəcək sərnişin təyyarəsini patentləşdirib.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hava gəmisinin hər qanadda iki ədəd olmaqla, həm şaquli, həm də üfüqi vəziyyətdə işləyə bilən dörd ədəd fırlanan vintli mühərriklə təchiz olunacağı gözlənilir. Şaquli mühərriklər havaya qalxmaq və eniş, üfüqi mühərriklər isə adi təyyarə uçuşu üçün istifadə olunacaq. 
Patentə əsasən laynerin sərnişin tutumu ən az 100 nəfər olacaq. Ondan regional kommersiya uçuşlarında istifadə edilməsi planlaşdırılır. Eyni zamanda təyyarə hərbi məqsədlər üçün transformasiya edilə və biznes jet kimi istifadə edilə bilər. 
Qeyd edək ki, ABŞ ordusunda 2007-ci ildən patentləşdirilən təyyarənin oxşarı var. Dünyada bu tipli yeganə olan “V-22 Osprey” konvertoplanu “Boeing” və “Bell” şirkətləri tərəfindən hazırlanıb. Saatda maksimum 500 kilometr sürət yığa bilən hava gəmisi 27 ton ağırlıq qaldırmaq gücünə malikdir. O, 24 desantçını da daşıya bilər. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/boeing-saquli-ucus-ve-enis-teyyaresini-patentlesdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR