Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Xəzər Lənkəran”da illik 500 min avro maaş alırdım” – Mirça Rednik

“Xəzər Lənkəran”da illik 500 min avro maaş alırdım” – Mirça Rednik

"Qladiatorların yuvası"na işçi lazımdır - 150 min maaş (17 Mart 2017 12:28)
"Barselona" klubu yeni müqavilə üçün Lionel Messiyə 40 milyon avro bonus ödəyəcək (13 Mart 2017 10:42)
Ən çox maaş verən 10 klub (03 Mart 2017 00:17)

Tarix: 28 Oktyabr 2016 20:27

"Məşqçilik karyeramda çox iş görmüşəm. Odu ki, Voçin susmalı və mənim haqqımda fikir bildirməməlidi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Mirça Rednik deyib.
 
Son iş yeri Buxarest "Dinamo"su olan 54 yaşlı çalışdırıcı qəzəblənərək, özündən çıxıb. Buna səbəb isə Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanunun müşaviri vəzifəsində çalışan Andrey Voçinin onu məşqçi-menecer adlandırması olub.
 
Rednik ölkəsinin fanatik.ro saytına müsahibəsində Voçinin cavabını verib: "Əgər eyni anda həm məşqçi, həm də menecer ola bilirəmsə, nəyi pisdi? Onun mənimlə problemi nədi? Mən Voçini maraqlandırmamalıyam. "Standart"da yaxşı komanda formalaşdırdıq, onlar sonra titullar əldə etdilər. Mən getdim, "Standart" futbolçuların satışından ümumilikdə 50 milyon pul qazandı. "Dinamo"da işləyəndə komandaya azad agent statusu daşıyan oyunçular gətirdik. Bu, klubu xeyli irəli saldı".
 
Rednik söhbət əsnasında Azərbaycandakı fəaliyyətini də yada salıb. O, "Xəzər Lənkəran"da aldığı məvacibi də açıqlayıb: "Azərbaycanda da işlədim. "Xəzər Lənkəran"da illik 500 min avro maaş alırdım. Yaxşı komanda yaratmışdım. Ardıcıl 2 il çempionluq uğrunda mübarizə apardıq, ölkə kubokunu qazandım. Məndən sonra kluba Con Benjamin Toşak gətirildi ki, o heç nə edə bilmədi".
 
Rednik Rumıniya Futbol Federasiyasında çalışanları qeyri-peşəkarlıqda günahlandırıb: "Gənclər yığmamızın səviyyəsi aşağıdı. İndi Azərbaycan millisi də Rumıniyaya qalib gələr. Federasiyada çalışanları bu narahat etməlidi, Rednik yox. Məni tənqid etməkdənsə, öz işlərinə fikir versinlər".
 
Qeyd edək ki, Rednik "Xəzər Lənkəran"ı 2010-2011-ci illərdə çalışdırıb.

Milli.Az


Teqlər:  Xəzər Lənkəranda illik 500 min avro maaş alırdım Mirça Rednik



RƏYLƏR


Top xəbərlər