“Xəzər Lənkəran”da illik 500 min avro maaş alırdım"

“Xəzər Lənkəran”da illik 500 min avro maaş alırdım"
20:37 28 Oktyabr 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

“Məşqçilik karyeramda çox iş görmüşəm. Odu ki, Voçin susmalı və mənim haqqımda fikir bildirməməlidi”. Fanat.Az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Mirça Rednik deyib.

 

Son iş yeri Buxarest “Dinamo”su olan 54 yaşlı çalışdırıcı qəzəblənərək, özündən çıxıb. Buna səbəb isə Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanunun müşaviri vəzifəsində çalışan Andrey Voçinin onu məşqçi-menecer adlandırması olub.

 

Rednik yerli mətbuata müsahibəsində Voçinin cavabını verib: “Əgər eyni anda həm məşqçi, həm də menecer ola bilirəmsə, nəyi pisdi? Onun mənimlə problemi nədi? Mən Voçini maraqlandırmamalıyam. “Standart”da yaxşı komanda formalaşdırdıq, onlar sonra titullar əldə etdilər. Mən getdim, “Standart” futbolçuların satışından ümumilikdə 50 milyon pul qazandı. “Dinamo”da işləyəndə komandaya azad agent statusu daşıyan oyunçular gətirdik. Bu, klubu xeyli irəli saldı”.

 

Rednik söhbət əsnasında Azərbaycandakı fəaliyyətini də yada salıb. O, “Xəzər Lənkəran”da aldığı məvacibi də açıqlayıb: “Azərbaycanda da işlədim. “Xəzər Lənkəran”da illik 500 min avro maaş alırdım. Yaxşı komanda yaratmışdım. Ardıcıl 2 il çempionluq uğrunda mübarizə apardıq, ölkə kubokunu qazandım. Məndən sonra kluba Con Benjamin Toşak gətirildi ki, o heç nə edə bilmədi”.

 

Rednik Rumıniya Futbol Federasiyasında çalışanları qeyri-peşəkarlıqda günahlandırıb: “Gənclər yığmamızın səviyyəsi aşağıdı. İndi Azərbaycan millisi də Rumıniyaya qalib gələr. Federasiyada çalışanları bu narahat etməlidi, Rednik yox. Məni tənqid etməkdənsə, öz işlərinə fikir versinlər”.

 

Qeyd edək ki, Rednik “Xəzər Lənkəran”ı 2010-2011-ci illərdə çalışdırıb. (apasport.az)




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-xzr-lnkranda-illik-500-min-avro-maa-alrdmquot-t53715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR