Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əmanətlərin Sığortalanması Fondu "Gəncəbank"ın ləğvedicisi olub

Əmanətlərin Sığortalanması Fondu "Gəncəbank"ın ləğvedicisi olub

Date: 28 October 2016 20:47

Bakı. 28 oktyabr. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Gəncəbank" ASC-nin ləğvedicisi dəyişib. 
Bu barədə "Report"a Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADİF) bildirilib.
Məlumata görə, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin ötən gün qəbul etdiyi qərardadla indiyə qədər bankın ləğvedicisi olan “Azerbaijan International Consulting Company” MMC ADİF ilə əvəzlənib.
Buna görə də, ləğvedici qismində "Gəncəbank"ın adından yalnız Fondun səlahiyyətli nümayəndəsinin etdiyi hərəkətlər hüquqi qüvvəyə malikdir. Banka borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək.
Borclular məlumat almaq üçün ADİF-in Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən inzibati binasına müraciət edə bilərlər.
Xatırladaq ki, ADİF həmçinin "Royalbank" "Bank of Azerbaijan", "Atrabank", "Qafqaz İnkişaf Bankı", "Texnikabank", "Dekabank", "Kredobank", "Parabank" və "Zaminbank" ASC-lərin ləğvedicisidir.  

Tags:  Əmanətlərin Sığortalanması Fondu Gəncəbankın ləğvedicisi olub

RƏYLƏR


Top news