Neft ölkəsinin əhalisi acından ölür: heç tualet kağızı da yoxdur... - FOTO

Neft ölkəsinin əhalisi acından ölür: heç tualet kağızı da yoxdur... - FOTO
20:47 28 Oktyabr 2016
946 Dünya
Ölkə mətbuatı
A- A+

Boşandıqdan sonra kəbin kağızı qüvvədə qalırmı? (06 May 2017 21:52)
Bir zamanlar tualet təmizləyirdi, indi məşhur müğənnidir - FOTO (02 May 2017 12:27)
Şəklini tualet kağızına vurdular - FOTO (02 Aprel 2017 13:12)

Oktyabrın 26-də Venesuelada hökumət əleyhinə etiraz nümayişi zamanı bir polis əməkdaşı öldürülüb. Yerli hüquq müdafiə təşkilatları, azı, 20 nəfərin yaralandığını, 80 nəfərin saxlandığını bildirir.

Prezident Nikolas Maduronun vəzifəsindən kənarlaşdırılmasına dair referendum məhkəmə tərəfindən qadağan olunandan sonra ölkədə yüz minlərlə insan küçələrə axışıb. Hökumət etirazçıları polisə qarşı silah işlətməkdə suçlayır. Müxalifətsə olub-bitənlərin bütün məsuliyyətini hökumətin üzərinə qoyur və prezidenti hakimiyyəti zorla əlində saxlamaqda ittiham edir.

Bəs Venesuelada nə baş verir? Əhali niyə Madurodan narazıdır və onu istefaya göndərməyə çalışı?

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Venesuela təsdiq olunmuş neft ehtiyatlarına görə dünyada birincidir, amma iki ildir ki, onun iqtisadiyyatı çox ağır böhran yaşayır. Ötən ilin sonunda keçirilən parlament seçkilərində qalib gələn müxalifət indi Venesuela parlamentinin üçdə ikisini təşkil edir. Bu vəziyyət qanunverici və icraedici hakimiyyətlər arasında münaqişə doğurub. Parlament üzvləri vaxtaşırı Maduro və yaxın çevrəsinin fəaliyyətini tənqidə tuturlar. Referendumun təşəbbüskarı, insanları küçəyə çıxmağa səsləyən də elə müxalifətdir.

Bütün ölkədə prezidentin istefası tələbi ilə 1 milyon 800 min imza toplansa da, Maduronu dəstəkləyən məhkəmələr bu imzaların yalnız 400 minini təsdiqləyib. Beləcə, referendum təşəbbüsünü irəli sürən müxalifət saxtakarlıqda suçlanıb və referendum qərarı bloklanıb. Parlament, buna cavab olaraq, prezidenti dövlət çevrilişində, hakimiyyəti uzurpasiya etməkdə suçlayaraq, məhkəmə araşdırması tələb edib.

Hökumət dərin böhran ucbatından, may ayında fövqəladə vəziyyət elan edib. Dükanların piştaxtalarından ərzaq, dərman və ən zəruri mallar, gigeyena vasitələri, adi tualet kağızı belə yoxa çıxıb. İndi adamlar bu məhsulları ya qara bazarda dükan qiymətindən dəfələrlə baha alır, ya da əllərində pasport, uzun növbəyə düzülürlər. Ən zəruri malları ayrıca günlərdə şəxsiyyət vəsiqəsinin nömrəsini göstərməklə almaq olur. Əlbəttə, əgər onlar varsa. Həftənin birinci günü bu malları şəxsiyyət vəsiqəsinin nömrəsi 1, yaxud 2 ilə bitənlərə, ikinci gün 3 və 4-lə bitənlərə satırlar və s.

Bu ilin iyulunda sərhədlər bağlansa da, venesuelalılar gündəlik tələbat mallarını almaq üçün qanunsuz şəkildə Kolumbiyaya keçməyə başlayıblar. "Öz ölkəmizdə heç nə almaq olmur, yemək də yoxdur. Acından ölürük, çarəmiz qalmayıb", - bir qadın "Radio Caracol"a belə deyib.

Artıq nəinki uşaqlar, ev heyvanları da bir qarın yemək tapa bilməyən venesuelalılara yük olmağa başlayıb. Ev heyvanlarını küçələrə buraxırlar. Qadınlar sterilizasiya olunurlar. Bunun pulunun bir qismini hökumət ödəyir. Xəstəxanalarda zəruri dərmanların 80 faizi tapılmır.Rəsmi məlumatlara görə, son üç ildə inflyasiya 300 faizi aşıb. BVF ilin sonunda bu rəqəmin 700 faizə çatacağını proqnozlaşdırır.

İndi ən yüksək dəyərli əskinasa - 100 bolivara yalnız 1 toyuq yumurtası almaq olur. Siqaretin dənəsi 130 bolivara başa gəlir. Adamlar başqa şeyləri almağa gedərkən, kisələrlə pul daşıyırlar. 100 bolivarlıq əskinası rəngli printerdən çıxarmağa elə 100 bolivar ödəməlisiniz. Ölkənin xarici borcu isə ÜDM-in yarısını üstələyir.

Çərşənbə günü - oktyabrın 26-da bank sektoru üzrə ixtisaslaşmış "deInmediato" nəşri öyrənib ki, Venesuela Mərkəzi Bankı 5 min, 10 min və 20 min bolivarlıq əskinaslar və min bolivarlıq sikkələr buraxılmasına sərəncam verib. Yeni pullar artıq bu ilin sonunda dövriyyəyə buraxılmalıdır.

Venesuela iqtisadiyyatının 90 faizi neftdən asılı olduğundan, onun kəskin dəyərsizləşməsi ölkəni tənəzzülə sürükləyib.Maduro tez-tez bəyan edirdi ki, ölkədə hasilatı dondurmaqla neftin dünyadakı qiymətini 70 dollara qaldırmağı planlaşdırır. Ancaq o, OPEC və neft istehsalçısı olan digər ölkələrlə Venesuelaya "uyğun" hasilat həcmi barədə razılığa gələ bilmədi. Ölkədə neft yataqlarının yerləşmə dərinliyi və özəllikləri neft hasilatının maya dəyərini artırır. Bu, əsas problemlərdən biridir. Venesuelada bir barrel neftin çıxarılması təxminən 20 dollara başa gəlir. Məsələn, Səudiyyə Ərəbistanında bu göstərici 10 dollardır.

Bu ilin qışında ölkə iqtisadiyyatını sabitləşdirməyə çalışan Nikolas Maduro benzinin qiymətini 60 dəfə qaldırsa və milli valyutanı dəyərsizləşdirsə də, heç bir nəticəyə nail ola bilməyib. 95 markalı benzinin litri cəmi 6 bolivara satılsa da, onu illərlə 0,1 bolivara alan insanlara bu məbləğ çox baha görünür.

Milli.Az




RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

FETÖ-dən növbəti təhdid: “2,5 ay səbr edin...”

26 May 2017 18:48

6 nömrəli uşaq musiqi məktəbinin hesabat konserti - FOTO

26 May 2017 18:47

Azərbaycanlı müğənniləri

26 May 2017 18:44

"iPhone 6" sərfəli şərtlərlə satışda

26 May 2017 18:43

Aeroport yolunda iki avtomobil toqquşub, tıxac yaranıb

26 May 2017 18:42

Kiçik qızın boğazından çıxan ŞOK ETDİ - FOTO

26 May 2017 18:42

Rusiyanın iki diplomatı Estoniyadan qovulacaq

26 May 2017 18:42

DGK VAİS-lə bağlı məlumat yaydı

26 May 2017 18:38

Oliqarxın nəvəsinə mahnı yazan Murad: "Bunu desəm, məni öldürərlər" - FOTO

26 May 2017 18:37

Poroşenko: “Kremlin siyasəti Türkiyə üçün çağırışdır”

26 May 2017 18:33

Ərdoğan arenalara qadağa qoydu

26 May 2017 18:33

"Başına balta ilə vurdum, gördüm barmağı kəsilib yerə düşüb" - QAN DONDURAN İFADƏ

26 May 2017 18:32

Dövlət Gömrük Komitəsi: Heç bir problem yaşanmayıb

26 May 2017 18:29

"Azərbaycan heç vaxt qoymayacaq ki, kimsə bizim işimizə qarışsın"

26 May 2017 18:28

Buraxılış imtahanının nəticələri açıqlandı

26 May 2017 18:27

ABŞ-ın dövlət katibi: "Mançesterdəki terrorla bağlı məlumatların sızmasına görə məsuliyyəti üzərimizə götürürük"

26 May 2017 18:27

Bakıda beşinci Azerbaijan Fashion Week keçirilir - FOTO

26 May 2017 18:27

TÜRK kişinin pul qazanmaq üçün seçdiyi AĞLAGƏLMƏZ YOL: qızlarını hər kəsə... - FOTOLAR

26 May 2017 18:23

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yük axının artırılması müzakirə olunub

26 May 2017 18:22

Bakını "tutmaq" istəyən erməniyə polkovnikdən cavab: "Sizi darmadağın edərik..."

26 May 2017 18:22

Müğənni Damla: “Mahnılarımı qara camaat dinləyirsə, onda niyə...”

26 May 2017 18:18

Könül Xasıyevanı xəstəlik bu hala saldı

26 May 2017 18:17

İlyas Əfəndiyevin atasına yazdığı

26 May 2017 18:14

Rusiya rejissoru ADGTT-da...

26 May 2017 18:12

Avtobusda cibgirlik edən keçmiş məhkum saxlanıldı - VİDEO - FOTO

26 May 2017 18:12

​Rusiya rejissoru ADGTT-da

26 May 2017 18:10

Estoniya iki rus diplomatı ölkədən qovur

26 May 2017 18:08

DİM: Digər rayonlarda keçirilən buraxılış imtahanlarının nəticələri yaxın günlərdə açıqlanacaq

26 May 2017 18:07

Bu ölkə rus diplomatları qovdu - GƏRGİNLİK

26 May 2017 18:05

Prezident: "Trampın Ərəb-İslam-Amerika Zirvə görüşündə səslənditdiyi fikirlər çox yüksək qiymətləndirilməlidir"

26 May 2017 18:02

28 May - Respublika Günü Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində qeyd edilib

26 May 2017 18:01

“Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblərinə mükafatlar təqdim edilib

26 May 2017 18:01

"İşğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır"

26 May 2017 18:01

Dinin QADINLARA buyurduğu halal peşələr - FAKTLAR

26 May 2017 17:58

Məktəbliləri aparan avtobus aşdı - Yunanıstanda

26 May 2017 17:57

Avropada ilk transfer bombası: 80 milyon - RƏSMİ

26 May 2017 17:57

“Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir”

26 May 2017 17:55

Aeroport yolunda zəncirvari qəza, yaralılar var

26 May 2017 17:55

Türkiyəni 5 hissəyə böldülər: Dəhşətli planın DETALLARI - VİDEO - FOTOLAR

26 May 2017 17:53

Prezident: “Azərbaycanda bugünkü maliyyə və iqtisadi vəziyyət sabitdir, dayanıqlıdır”

26 May 2017 17:52

Hər kəs təklif verə bilər - "Azersky"ın təsvirlərindən istifadənin təşviqi üçün

26 May 2017 17:52

DİM IX sinif buraxılış imtahanının birinci mərhələsinin nəticələrini açıqlayıb

26 May 2017 17:52

Aeroport yolunda zəncirvari qəza - yaralılar var

26 May 2017 17:50

Gözünüzün qabağında uçuşan cismlər sizi kor edə bilər

26 May 2017 17:48

Dövlət başçısı: "Azərbaycanı bizə sərf etməyən, şübhə doğuran hərəkətlərə, avantüralara cəlb etməyə çalışırlar"

26 May 2017 17:47

İlham Əliyev: "Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir"

26 May 2017 17:47

Azərbaycan Prezidenti: Dilənçi Ermənistandan fərqli olaraq, biz Ordumuzu öz hesabımıza təmin edirik, müstəqil ölkə kimi yaşayırıq

26 May 2017 17:43

Yunanıstanda məktəbliləri aparan avtobus aşıb

26 May 2017 17:43

Prezident: "Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşır"

26 May 2017 17:42

Cənub bölgəsi TƏHLÜKƏDƏ: çökmə sahələri aktivləşdi

26 May 2017 17:38