Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Gəncəbank"ı Fond ləgv edir

"Gəncəbank"ı Fond ləgv edir

Date: 28 October 2016 20:57

Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (83)-736/2016 saylı 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan "Gəncəbank" ASC-nin ləğvedicisi "Azerbaijan International Consulting Company" MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənib.
Milli.Az-a Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, qeyd edilən tarixdən etibarən ləğvedici qismində bankın adından yalnız Fondun səlahiyyətli nümayəndəsinin etdiyi hərəkətlər hüquqi qüvvəyə malikdir.
Ləğv prosesində olan "Gəncəbank" ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək.

Milli.Az


Tags:  Gəncəbankı Fond ləgv edir

RƏYLƏR


Top news