Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bir saata 3 milyard dollar itirdi

Bir saata 3 milyard dollar itirdi

Date: 28 October 2016 20:58

ABŞ-ın "Amazon" pərakəndə internet satışı şirkətinin III rübdəki mənfəəti analitiklərin proqnozlarını doğrultmadığına görə, şirkətin səhmləri xəbərdən dərhal sonra ilk bir saatda 6% dəyərdən düşüb.

Nəticədə şirkətin qurucusu və baş icraçı direktoru olan Cef Bezosun (Jeff Bezos) şəxsi sərvəti 3,2 milyard dollar və ya 4,5% azalaraq 67,5 milyard dollara enib.

Analitiklər səhmbaşına "Amazon"dan 0,78 sent xalis mənfəət gözlədikləri halda, şirkət 0,52 sent qazandığını açıqlayıb.

Bu səbəbdən "NASDAQ" texnologiya şirkətlərinin tədavül etdiyi fond birjasında şirkətin səhmlərinin qiyməti 5,7% azalaraq 772 dollara enib.

C.Bezos 1997-ci ildə "Amazon" şirkətinin səhmlərini ilk dəfə fond birjasında yerləşdirib və o zamandan indiyədək şirkətin səhmləri 54000% bahalaşıb. "Forbes" jurnalının oktyabr sayında verilən məlumata görə, C.Bezos ABŞ-ın ikinci ən zəngin iş adamıdır.(report)


Tags:  saata milyard dollar itirdi

RƏYLƏR


Top news