“Exxon Mobil”in mənfəəti 38% azalıb

“Exxon Mobil”in mənfəəti 38% azalıb
21:05 28 Oktyabr 2016
17 Dünya
Ölkə mətbuatı
A- A+

"Exxon Mobil Corporation"(ABŞ) III rübdə mənfəətində 38% azalma olduğunu açıqlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, şirkətin III rübdə xalis gəliri 2,65 mlrd.dollar, yaxud da hər səhm üçün 63 sent təşkil edib.
Ötən ilin müvafiq dövründə isə şirkətin xalis gəliri 4,24 mlrd. dollar, yaxud hər səhm üçün 1,01 dollar olub.
Şirkətin emal hissəsi daxil olmaqla bütün qurumlarında gəlirlər azalıb. Hasilat 3% azalaraq neft ekvivalenti ilə 3,8 mln. barel/gün olub. Korporasiyanın neft emalı müəssisələri III rübdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% az neft emal edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR