Rusiya neft hasilatının dondurulmasına razıdır

Rusiya neft hasilatının dondurulmasına razıdır
21:12 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 28 oktyabr. REPORT.AZ/ Rusiya OPEC təşkilatına neft hasilatını azaltmayacağını bildirib. 
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, Rusiya gözlənilən qlobal neft anlaşması çərçivəsində ancaq neft hasilatını donduracağını açıqlayıb.
"Reuters"ə yaxın mənbələrin verdiyi məlumata görə, oktyabrın 23-də Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı da daxil olmaqla OPEC ölkələri rəsmiləri ilə Rusiya tərəfinin qapalı görüşündə hasilatın mümkün 4% azaldılması müzakirə olunub. Bu təklifin həmçinin bu gün və sabah Avstriyanın paytaxtı Vyanada keçirilən neft hasilatçısı ölkələrin ekspert komissiyasının iclasında müzakirə olunacağı gözlənilir. 
İkigünlük Vyana iclasında İraqın hasilatın həcminin dondurulması və ya azaldılması anlaşmasına qatılmaq istəməməsinin qəbul edilməyəcəyi, ancaq Liviya, Nigeriya və İranın istisna hal kimi anlaşmadan kənar qalmasına imkan veriləcəyi bildirilib.
"Report"un analitik qrupu ən yaxşı halda neft hasilatçısı ölkələrin hasilatı dondurmağa razı olacaqlarını ehtimal edir. Belə bir razılaşmanın ilkin mərhələdə neft qiymətlərinin artmasına səbəb olsa da, daha sonra neftə tələbin azalması və hasilat kvotalarına riayət olunmaması səbəbi ilə pozulacağı proqnozlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/rusiya-neft-hasilatinin-dondurulmasina-razidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR