“Qalatasaray”lıların sevimlisi klubunu dəyişir

“Qalatasaray”lıların sevimlisi klubunu dəyişir
21:24 28 Oktyabr 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

Felipe Melo karyerasını Çində davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb.

 

Bildirilib ki, Çinin “Tszyansu Sunin” klubu “İnter”in üzvünə cəlbedici təklif göndərib. Futbolçu özü də bu təklifə müsbət yanaşır.

 

“Qalatasaray”ın keçmiş futbolçusu və azarkeşlərin sevimlisi olan “pitbull” ləqəbli yarımmüdafiəçi qışdan etibarən yaşayış yerini uzaq şərqə dəyişə bilər.

 

Qeyd edək ki, Melo “İnter”ə 2015-ci ildə məhz türk klubundan keçib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257962

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR