Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2 futbolçumuzu cəzalandıran hakim yenidən millimizin oyununda

2 futbolçumuzu cəzalandıran hakim yenidən millimizin oyununda

Date: 28 October 2016 21:57

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Rumıniya - Azərbaycan oyununu idarə edəcək hakimlər açıqlanıb. 

Fanat.Az xəbər verir ki, qarşılaşmanı Farer adalarından olan referi Petur Reynert idarə edəcək. Ona həmyerlisi Endryu Kristensen və maltalı Luke Portelli yardımçı olacaq. Dördüncü hakimi funksiyasını maltalı Fyodor Zammit yerinə yetirəcək.

Qeyd edək ki, Rumıniya - Azərbaycan oyunu oktyabrın 30-u Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.

Onu da qeyd edək ki, Petur Reynert bu turnirdə Azərbaycan - Avstriya oyununu idarə edib. O, həmin qarşılaşmada futbolçularımızdan Rustəm Nuruyevlə Vüsal Mustafayevə sarı vərəqə göstərib.

Fanat.Az

Tags:  futbolçumuzu cəzalandıran hakim yenidən millimizin oyununda

RƏYLƏR


Top news