Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Biznesmen sərvətinin yarısını köməkisinə verdi

Biznesmen sərvətinin yarısını köməkisinə verdi

Date: 28 October 2016 22:16

İtaliyada 90 yaşında vəfat edən “Esselunga” supermarketlər şəbəkəsinin sahibi Bernardo Kaprottinin vəsiyyəti açıqlanıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəsiyyətə əsasən milyonçunun sərvətinin yarısı 68 yaşlı köməkçisi Germana Çiodiyə verilib.

Çiodi 48 il Kaprottinin köməkçisi, həmçinin ən yaxın dostlarından biri olub. Çiodi aldığı mirası xeyriyyə işlərində sərf edəcəyini açıqlayıb.

Milyonçunun nağd pulunun qalan hissəsi onun qardaşının 5 oğlu arasında bölünəcək.

Bundan başqa, sahibi olduğu holdinqin hissələri həyat yoldaşı və uşaqları arasında bölüşdürülüb.


Tags:  Biznesmen sərvətinin yarısını köməkisinə verdi

RƏYLƏR


Top news