Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Messi olmayanda isə..."

"Messi olmayanda isə..."

Date: 28 October 2016 22:17

"Barselona" və "Boka Xuniors"un sabiq futbolçusu Xuan Rikelme Messinin Argentina millisi üçün əhəmiyyətini qeyd edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, eks yarımmüdafiəçi qarşıdakı Braziliya - Argentina matçı haqqında fikir də bildirib.

"Bizim arzumuz var ki, Messi Argentina millisini Dünya çempionatında qalibiyyətə aparacaq. Buna inanırıq. Karyerası ərzində bir neçə dəfə finallarda oynayıb. Leo unikal futbolçudur. Artıq demişəm, onsuz millinin heyəti adiləşir. Messi zədələnəndə biz xalsız qalırıq və onun tez bir zamanda meydana çıxmasını gözləyirik. Dünyanın ən yaxşı futbolçusu bizdə oynayır. Onunla komanda başqa səviyyədə olur. Messi olmayanda isə Argentina millisi istənilən rəqibə uduza bilər. Braziliya ilə qarşılaşma özünəninamı qaytarmaq üçün əla imkandır. Neymar nəsə edə bilər deyə asan olmayacaq. Ümid edirəm Argentina daha yaxşı oynayacaq".

Qeyd edək ki, Braziliya və Argentina milliləri arasındakı matç noyabrın 11-i, Bakı vaxtı ilə saat 04:45-də başlayacaq.

Milli.Az


Tags:  Messi olmayanda isə

RƏYLƏR


Top news