Daşkəsəndə 17 yaşlı yeniyetmə bıçaqlanıb

Daşkəsəndə 17 yaşlı yeniyetmə bıçaqlanıb
22:37 28 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən. 28 oktyabr. REPORT.AZ/ Daşkəsən rayonunun Qabaqtəpə kəndində bıçaqlanma hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, kənd sakini, 1989-cü il təvəllüdlü Hüseynov Ceyhun Mübariz oğlu qarın nahiyəsindən bıçaq xəsarəti alıb.
Zərərçəkən yaxınlıqdakıların köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hazırda əməliyyat olunan yaralının vəziyyəti ağırdır.
Xəstənin qohumları onun yıxılaraq xəsarət aldığını bildirsələr də, həkimlər bunun bıçaq yarası olduğunu qeyd ediblər.
Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/daskesende-17-yasli-yeniyetme-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR