Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

20 yaşda bitən karyera - 29 yaşlı məğlubedilməz baş məşqçi - FOTO

20 yaşda bitən karyera - 29 yaşlı məğlubedilməz baş məşqçi - FOTO

Date: 28 October 2016 23:12

28 yaşında "Hoffenhaym"ın baş məşqçi postunu təhvil alan Yulian Naqelsmann "Bundesliqanın ən gənc baş məşqçisi" ünvanına yiyələndi. Yəqin ki, çoxunun onu tanımırsız. Hələ ki... Mövsümün sonunda hər kəs bu gənc mütəxəssisi mütləq tanıyacaq.

Milli.Az publika.az-a istinadən bildirir ki, 28 yaşlı mütəxəssisin komandası 2016/17 mövsümündə Bundesliqada məğlubiyyət tanımır. Düzdür, 8 turdan sonra daha iki komandanın da - "Bavariya" və "Leyptsiq" - məğlubiyyət qrafası boşdur. Ancaq "Hoffenhaym nağılı" başqa mövzudur.

Zinshaym təmsilçisi həm də Avropanın 5 böyük çempionatında yoluna məğlubiyyətsiz davam edən 7 klubdan biridir. Hələ bu harasıdır. Bu klubla bağlı hər fakt sizi təəccübləndirəcək. Məsələn, hazırda 29 yaşı olan Naqelsmann komandanın heyətindəki 3 futbolçudan gəncdir.

Ötən mövsümün ortalarında rəhbərliyin etimadıyla baş məşqçi təyin olunan bu cavan oğlan ağır durumda olan "Hoffe"ni Bundesliqada saxlaya bildi.

Naqelsmannın rəhbərlik etdiyi kollektiv bu mövsüm 4 qələbə və 4 heç-heçəylə lider "Bavariya"dan 4 xal geri qalır və hazırda turnir cədvəlində 4-cü pillədədir.
Ötən mövsüm Huub Stevensin dövründə 20 tura cəmi 14 xal toplaya bilən "Hoffenhaym" artıq 16 xalı cibinə qoyub.

2006-cı ildə peşəkar futbolçu karyerasına başlayan Naqelsmann "Auqsburq"un ikinci komandasında top qovub. Sabiq stopper dizindən ciddi zədə aldığı üçün 20 yaşında karyerasını bitirməli olub. Məşqçiliyə də elə həmin komandada Tomas Tuxelin (Dortmund "Borussiya"sının indiki baş məşqçisi) köməkçisi kimi başlayıb.

Yulian "Hoffenhaym"a 2013/14 mövsümündə gəldi. Rəhbərlik 19 yaşlıları ona həvalə etdi. İlk mövsümündə çempionluq sevinci yaşayan Naqelsmann sonrakı mövsümdə də komandanı ikinci etdi.

Ötən mövsüm əsas komandada baş məşqçiliyə başlayanda "Kəndlilər" 14 xalla 17-ci yerdə qərarlaşmışdı. Qalan 13 turda 23 xal toplayan Zinshaym klubu mövsümü 15-ci pillədə başa vuraraq Bundesliqada yerini qorudu.

Milli.Az







Tags:  yaşda bitən karyera 29 yaşlı məğlubedilməz baş məşqçi FOTO

RƏYLƏR


Top news