OPEC-in Vyana görüşü dalana dirəndi

OPEC-in Vyana görüşü dalana dirəndi
23:14 28 Oktyabr 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

OPEC-in Vyanada keçirilən və artıq 11 saatdır ki, davam edən görüşü dalana dirənib.

 

APA-nın xəbərinə görə, bu barədə “Dow Jones” öz mənbələrinə istinadən xəbər verib.

 

Danışıqların uzanmasına səbəb İran və İraq nümayəndələrinin etirazları göstərilir. İlkin məlumata görə, onlar hesab edirlər ki, OPEC adıçəkilən ölkələrin hasilatını düzgün qiymətləndirmir.

 

Vyanada yerli vaxtla saat 10:00-a başlayan OPEC-in xüsusi komitəsinin görüşü davam edir. İclas mətbuata qapalı keçirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257968

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR