Ölüm saçan turşular və mürəbbələr

Ölüm saçan turşular və mürəbbələr
23:22 28 Oktyabr 2016
237 Ölkə
Ölkə mətbuatı
A- A+

Ev konservləri (müxtəlif turşular, salatlar, mürəbbələr, kompotlar) bizi botulizm xəstəliyinə yoluxdura bilər. Bu çox ağır və olduqca təhlükəli xəstəlikdir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, botulizmi törədən bakteriya Clostridium botulinum adlandırılır. Bu bakteriyalar insan orqanizmi üçün təhlükəli deyil. Lakin bu bakteriyalar tərəfindən hazırlanan "botulotoksin"  dünyada ən güclü bioloji zəhərlərdən biri sayılır. Bu zəhər oksigen olmayan yerlərdə Clostridium botulinum bakteriyası tərəfindən ifraz olunur.

Clostridium botulinum bakteriysı torpaqda yaşayır. Torpaqdan bu bakteriyalar tərəvəzlərə və meyvələrə  düşür. Hətta çox təmiz yuyulan meyvə və tərəvəzlərin üzərində bakteriyanın mikroskopik sporları qala bilər. Ev şəraitində hazırlanan müxtəlif turşular, kompotlar, mürəbbələr və s. adətən kip şəkildə bağlanılır və oksigen bankalara daxil olmur. Nəticədə botulotoksinin ifrazı üçün ən əlverişli şərait yaranır.
Nəzərə almaq lazımdır ki, sporlar ev şəraitində sterilizasiyadan "qorxmur" və hətta 1 saat sterilizasiyadan sonra məhsulda sağ qalır. Clostridium botulinum bakteriyanın sporlarını yalnız meyvə və tərəvəz konservlərini istehsal edən zavodlar şəraitində xüsusi sterilizasiya avadanlıqda zərərsizləşdirmək mümkündür.

Botulotoksin insan orqanizminə düşdükdə tez bir zamanda qanın axını ilə bütün orqanizmə yayılır və müxtəlif qrup əzələlərdə ifliclərə səbəb olur. Konservləşdirilmiş qidanın qəbulundan təxminən 10-12 saat sonra xəstədə ağızda quruluq, görmənin pozulması (ikili, bulanıq görmə), mədədə ağırlıq hissi, urəkbulanması, qusma, ishal kimi simptomlar meydana çıxır. Daha sonra insanda göz qapaqların aşağı enməsi (insan gözlərini aça bilmir), səsin xırıltılı olması, bəzən səsin tam tutulması, udma refleksinin pozulması (insan əvvəl bərk, sonra isə yumşaq qidanı, daha sonra suyu uda bilmir), nəfəsalmanın pozulması (təngnəfəslik), bütün əzələlərin zəiflənməsi, yerişin pozulması və s. ağır simptomlar inkişaf edir. Bu zaman xəstəyə lazım olan tibbi yardım göstərilməzsə, tənəffüsdə iştirak edən əzələlər iflic olur və insan boğulmadan ölür.

Bu səbəbdən sadaladığımız simptomları (və onların hər hansılarını) hiss etdikdə, tez bir zamanda həkimə müraciət edin və ya "təcili yardım" çağırın. Nəzərinizə çatdıraq ki, botulizm yalnız xəstəxana şəraitində müalicə oluna bilər. Xəstəyə xüsusi zərdab yeridilir.

Təəssüf ki, botulotoksin olan bankanı aşkar etmək mümkün deyil. Bankanın xarici görünüşü adi ola bilər - bankanın qapağı qalxmayıb, mayesi bulanıq deyil və s., məhsulun dadı və iyi də dəyişilmir.

Həkimlər xəbərdarlıq edir ki, hətta ən təmiz şəraitdə hazırlamış ev konservlərində botulotoksin ola bilər. Bazarlarda və s. yerlərdə satılan, mənşəyi bilinməyən "ev"  turşuları, leçoları, mürəbbələri və s. xüsusilə təhlükəlidir.

Göbələk konservləri, leçolar, müxtəlif tərəvəz salatlar botulizmə görə ən təhlükəli məhsullar sayılır.

Botulizm nadir xəstəlikdir. Lakin heç bir insan bu ölümcül xəstəlikdən sığortalanmayıb. Bu səbəbdən xəstəliyin simptomlarını bilmək çox vacibdir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Dollar sabit qaldı

24 Aprel 2017 09:51

Cavanşir Quliyev savadsız Xalq artistini BİABIR ETDİ

24 Aprel 2017 09:48

Dollar və qızıl ucuzlaşdı - Fransada seçkidən sonra

24 Aprel 2017 09:47

Sərhəddə narkotik əməliyyatı: təqibdən qaçan şəxs özünü bıçaqladı

24 Aprel 2017 09:44

Azərbaycanda ŞOK OLAY – Biznesmen itlərinə toy edib, məclis qurdu - FOTO/VİDEO

24 Aprel 2017 09:43

Manatın MƏZƏNNƏSİ

24 Aprel 2017 09:42

Erməni siahlıları 4 mərmi atdı - CƏBHƏDƏN XƏBƏR VAR

24 Aprel 2017 09:42

"Qəbələ" "İnter"ə qarşı

24 Aprel 2017 09:42

Neft bahalaşdı

24 Aprel 2017 09:41

Mövqelərimiz minaatanlardan atəşə tutuldu

24 Aprel 2017 09:38

"Yandex" pullu olacaq

24 Aprel 2017 09:37

Ermənilər minaatanlarla atəşkəsi pozdu

24 Aprel 2017 09:34

Derbini "Fənərbağça" qazandı, "Beşiktaş" "Adanaspor"u qəbul edir

24 Aprel 2017 09:32

Cəbhədən xəbər var:

24 Aprel 2017 09:30

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

24 Aprel 2017 09:28

"Roma"nın səfər sınağı

24 Aprel 2017 09:27

Yasamal sakini evində diri-diri yandı

24 Aprel 2017 09:24

AŞPA-nın yaz sessiyası başlayır

24 Aprel 2017 09:22

Paytaxtda yaşayış binasında YANĞIN: ölən var

24 Aprel 2017 09:22

İTV-nin baş direktoru vəzifəsinə namizədlərin adları - SİYAHI

24 Aprel 2017 09:19

Ölümə gedən sürücü kameraya düşdü – Maşın yerində fırlandı - VİDEO

24 Aprel 2017 09:18

"Porşe" Aysel, Vəfanın toxunulmazlığı, hovuzdakı Rəqsanə, nazirə yox deyən "çoban", Aytənin gecəsinə 800 manat - HƏFTƏBECƏR

24 Aprel 2017 09:17

Nazir gəlini sənətdən getdi:

24 Aprel 2017 09:15

Şimali Koreya liderinin adını daşıdığı üçün həbs edildi – ŞOK HADİSƏ

24 Aprel 2017 09:13

"Barselona" "Real"ı keçdi, "Atletik" "Eybar"a qarşı

24 Aprel 2017 09:12

Bakıda ər arvadını bıçaqladı

24 Aprel 2017 09:12

Liderlər üçün uğursuz tur

24 Aprel 2017 09:12

Misir və ABŞ birgə hərbi təlimlərə başladı

24 Aprel 2017 09:08

"Paradox"un yeni ofisi - FOTO

24 Aprel 2017 09:05

Evlərin hostelə çevrilməsi asanlaşır - Mənzil Məcəlləsinə dəyişiklik

24 Aprel 2017 08:59

Bakıda ölümlə nəticələnən motosiklet qəzası - FOTO

24 Aprel 2017 08:58

Əmək mühafizəsi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilir

24 Aprel 2017 08:58

"Mançester Yunayted" gənc yarımmüdafiəçini transfer etmək istəyir

24 Aprel 2017 08:52

ABŞ ədliyyə naziri Meksika ilə sərhəddə divar tikilməsinin vacibliyini bildirib

24 Aprel 2017 08:47

Bakıda gecə klubunda DAVA: xəsarət alanlar var - FOTO

24 Aprel 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

24 Aprel 2017 08:47

Cem Yılmaz fanatlarını qorxutdu - FOTO

24 Aprel 2017 08:42

Azərbaycanda taksi sürücüsü döyülüb

24 Aprel 2017 08:37

Kıvanç xanımına görə şərt qoydu

24 Aprel 2017 08:37

KXDR yaxın zamanlarda yeni nüvə sınağı keçirə bilər

24 Aprel 2017 08:37

XİN rəhbəri: Rusiya vətəndaşlarının Türkiyədə vizasız qalma müddəti artırılacaq

24 Aprel 2017 08:32

Messi "Barselona"nın heyətində 500-cü qolunu vurub

24 Aprel 2017 08:27

Meksikada dəstələr arasında toqquşmalar: 9 ölü

24 Aprel 2017 08:22

Nyu-Yorkda yanğın: 5 ölü

24 Aprel 2017 08:12

Cəzalar sərtləşdirilir

24 Aprel 2017 08:12

Evinizi hostel edə biləcəksiniz - Mənzil Məcəlləsində dəyişiklik

24 Aprel 2017 08:05

Cocuq Mərcanlıda 1 250 ədəd qəlpə aşkar edilib - FOTO

24 Aprel 2017 08:05

Bədbəxtlik gətirən zinət əşyaları haqqında maraqlı faktlar

24 Aprel 2017 08:03

Soyuqdəymə zamanı ən təsirli vasitələr

24 Aprel 2017 08:03

Olland Makronu ikinci tura yüksəlməsi ilə əlaqədar təbrik edib

24 Aprel 2017 07:57