Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Hər birimiz kədərlənmişdik"

"Hər birimiz kədərlənmişdik"

Date: 28 October 2016 23:47

"Everton"un eks futbolçusu Leon Osman "Mançester Yunayted"də işləri qaydasında getməyən Ueyn Runinin "Everton"a qayıdacağına ümid edir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Osman bunları deyib:

"Ötən mövsümün sonluğuna qayıtsaq, Runi bu ehtimalı istisna etmirdi. O, bizimlə bir neçə gözəl mövsüm keçirdi. Amma həmin vaxt "Everton maliyyə çatışmazlığından əziyyət çəkirdi. "Mançester Yunayted" isə yaxşı pullar ödəməyə hazır idi. Hamı bilirdi ki, Runi gec-tez klubdan gedəcək. O, həmin dövrdə ən güclü futbolçumuz idi. Hər birimiz kədərlənmişdik. Runi yenidən "Everton" forması geyinsə, bu, məni təəccübləndirməz. Son illər Ueyn sabiq klubu ilə körpü yaradıb. O, qəlbinin dərinliyində "Everton"ludur".

Runi peşəkar karyerasına 2002-ci ildə başlamışdı. 2004-cü ildə 25.6 milyon funta "Mançester Yunayted"ə transfer olunmuşdu.

Milli.Az


Tags:  Hər birimiz kədərlənmişdik

RƏYLƏR


Top news