Leyla Əliyeva Heydər Əliyev Mərkəzində tanınmış meksikalı heykəltəraş Xorxe Marinin sərgisinin açılışında iştirak edib - FOTO

Leyla Əliyeva Heydər Əliyev Mərkəzində tanınmış meksikalı heykəltəraş Xorxe Marinin sərgisinin açılışında iştirak edib - FOTO
01:22 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində tanınmış meksikalı rəssam və heykəltəraş Xorxe Marinin "Varlığın canlanması" adlı fərdi sərgisi açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək Mərkəzin incəsənətimizin inkişafına dəstək verən növbəti layihələrdən birini təqdim etdiyini diqqətə çatdırıb.

Bildirilib ki, Xorxe Marinin bu sərgisinin təşkili üçün həm Heydər Əliyev Fondunun, həm də Heydər Əliyev Mərkəzinin əməkdaşları uzun müddətdir birgə işləyiblər.

Sərginin ərsəyə gəlməsində əməyi olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirən Anar Ələkbərov deyib: "Heydər Əliyev Fondu həm Azərbaycanda, həm də dünyanın müxtəlif bölgələrində incəsənətimizin, mədəniyyətimizin təqdim olunması istiqamətində çox mühüm işlər görür və layihələr həyata keçirir. Məhz ötən əsrin 60-cı və 80-ci illərinin rəssamlarının əsərlərinin 56-cı "Venesiya Biennalesi"ndə sərgilənməsi Azərbaycanın incəsənət sahəsinə geniş töhfə verdiyini göstərir. Bu gün həmin əsərlərin İtaliya və ABŞ-da sərgilənməsi üçün müzakirələr aparılır və yaxın gələcəkdə bu sərgilər açılacaq. Noyabrın 15-dən başlayaraq bizim rəssamlarımızın əsərləri Mehriban xanım Əliyevanın dəstəyi ilə Moskvadakı Tretyakov Qalereyasında təqdim olunacaq. Bütün bu layihələr Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği işinə mühüm töhfədir".

Qeyd edilib ki, meksikalı heykəltəraşın Mərkəzin daxili dizaynı ilə uzlaşan əsərləri iştirakçıların zövqünü oxşayacaq.

Anar Ələkbərov sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores sərginin açılışında iştirak edənləri Azərbaycan dilində salamlayıb.

Diplomat deyib ki, dünya şöhrətli Xorxe Marin Meksikanın müasir təsviri incəsənətinin ən görkəmli simalarındandır. Onun əsərləri Amerika, Avropa və Asiyanın əsas paytaxtlarında nümayiş olunub. Bu gün rəssamın Azərbaycanda, möhtəşəm Heydər Əliyev Mərkəzində açılan sərgisi bizi olduqca sevindirir. Burada sərgilənən əsərlər Xorxe Marinin sənətinin nəyə qadir olduğunu bir daha göstərir.

Sərginin xalqlarımız arasında dostluğun əyani nümunəsi olduğunu söyləyən səfir bildirib ki, belə layihələr Meksika ilə Azərbaycan arasında mədəni əlaqələrin daha da genişlənməsinə təkan verəcək.

Bakıda sərgisinin açılmasından qürur duyduğunu söyləyən Xorxe Marin ilk növbədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, eləcə də bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Ekspozisiyada sənətkarın son illərdə yaratdığı monumental əsərlər nümayiş olunur. Bu, Xorxe Marinin Şərqi Avropa regionunda ilk sərgisidir.

"Varlığın canlanması" adlı sərgi bir-birindən fərqlənən üç hissədən ibarətdir: "İnsan cəmiyyətdə", "İnsan kosmosda" və "İnsan bir cisim və şüur kimi". Sərginin adı sənətkarın şəxsi inkişafını, "özü"nü parçalayıb və sonradan tamaşaçıların Xorxe Marinin Heydər Əliyev Mərkəzindəki bürünc heykəlləri ilə canlı ünsiyyəti nəticəsində yenidən yığılmasını əks etdirir.

53 yaşlı Xorxe Marin 25 ildən artıqdır ki, yaradıcılıqla məşğuldur. Uzun sürən axtarışlardan sonra o, özünüifadəetmə vasitələri arasında bürüncə üstünlük verib və beləliklə, bu material onun yaradıcılığının səciyyəvi elementinə çevrilib. Xorxe Marin kiçik fiqurlardan monumental heykəllərə qədər müxtəlif ölçülü əsərlər yaradır. Onun işləri istər Meksikada, istərsə də digər ölkələrdə müxtəlif ictimai yerlərdə nümayiş olunub.

Xorxe Marin 250-dən çox fərdi və birgə sərgilərdə iştirak edib. Onun əsərləri Fransa, İspaniya, Portuqaliya, Türkiyə, Almaniya, Belçika, Macarıstan, Rumıniya, Kosta-Rika, Panama, Salvador, Qvatemala, Kanada, ABŞ, İngiltərə, Rusiya, Danimarka, Latviya, Serbiya, Sinqapur, Çin, Honkonq və İndoneziyanın muzey və qalereyalarında sərgilənib.

Heydər Əliyev Mərkəzində sərgi 2017-ci il martın 31-dək davam edəcək.

Milli.Az










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yunanıstanda yenə zəlzələ oldu

23 İyul 2017 00:29

BMT-nin Təhlükəsizlik Şurası Qüdsə görə təcili toplantı keçirəcək

23 İyul 2017 00:27

Əfqanıstanda Taliban silahlıları azı 70 nəfəri əsir götürüblər, 7 nəfər öldürülüb

23 İyul 2017 00:26

24 il Ağdamsız...

23 İyul 2017 00:17

Cəlilabadda qəza törədən maşın yanacaqdoldurma məntəqəsinə çırpılıb

23 İyul 2017 00:12

Astroloji proqnoz - 23 iyul

23 İyul 2017 00:08

Bella Venesiya küçələrini dolaşdı - FOTO

23 İyul 2017 00:05

Günün qoroskopu: maraqlı təfərrüatlar öyrənə bilərsiniz

23 İyul 2017 00:05

Ağdamın işğalından 24 il ötür

23 İyul 2017 00:02

Sumqayıtda binada yanğın, 8 sakin təxliyə olundu

22 İyul 2017 23:59

Həyat yoldaşı, qardaşı və anasını qətlə yetirdikdən sonra özünü güllələdi -

22 İyul 2017 23:56

Misirdə Yaxın Şərqin və Afrikanın ən böyük hərbi bazası açılıb

22 İyul 2017 23:52

İran yeni raketlərin istehsalına başlayıb

22 İyul 2017 23:52

17 yaşlı tələbə intim münasibətdən imtina edən qadının 1 aylıq körpəsini öldürdü

22 İyul 2017 23:48

Milli üzvü baxdı, komandası qola həsrət qaldı

22 İyul 2017 23:47

Halitoz-ağızdan pis qoxunun gəlməsi

22 İyul 2017 23:47

Yövmüş-şəkk nədir?

22 İyul 2017 23:42

Donald Trampın şəxsi vəkili istefa verdi

22 İyul 2017 23:42

Ən gözəl baldırlı qadın seçildi - FOTO

22 İyul 2017 23:32

İsmayıllıda bələdiyyəyə məxsus ərazidə yanğı

22 İyul 2017 23:28

İran “Sayad-3” raketlərinin istehsalına başladı

22 İyul 2017 23:24

Nəfslə mübarizənin əhəmiyyəti

22 İyul 2017 23:22

“Şerif” Bakıya xal itkisi ilə gəlir

22 İyul 2017 23:22

Sərnişin avtobusunda dəhşət -

22 İyul 2017 23:19

Göbələk zəhərlənmələri və müalicəsi

22 İyul 2017 23:17

Məşhurların sellülitli halları - FOTO

22 İyul 2017 23:17

Röya konsert verəcək

22 İyul 2017 23:12

Yayın ən dəbli çantaları - FOTO

22 İyul 2017 23:12

Antibiotiklərin orqanizmdə rolu

22 İyul 2017 23:12

Alişan əsəbiləşdi: "İstədiyi kimi öpüşər, sevişər..."

22 İyul 2017 23:12

Gənc model erotik sessiyaya çəkildi - FOTO

22 İyul 2017 23:05

İsmayıllıda “Belarus” yanıb

22 İyul 2017 23:05

Xəzərdə batan xilas edilib

22 İyul 2017 23:05

İranda güclü yanğın -

22 İyul 2017 22:51

Taliblər 70 dinc sakini girov götürdü

22 İyul 2017 22:49

Diet saxlamaq istəyənlərə 10 detoks çayı

22 İyul 2017 22:47

Qocalmaq istəmirsinizsə AYAQLARINIZA GÜC VERİN

22 İyul 2017 22:42

Nahar vaxtı oxunan dualar haqqında

22 İyul 2017 22:42

Atıcılıq üzrə Avropa çempionatının təntənəli açılış mərasimi - FOTO

22 İyul 2017 22:38

Bodrum sahillərində daha iki zəlzələ olub

22 İyul 2017 22:37

Məşhur futbolçunun sabiq məşuqəsi: "O, məni yenidən sevir" - FOTO

22 İyul 2017 22:32

İranda azərbaycanlı hüquq müdafiəçisi həbs edilib

22 İyul 2017 22:27

İnsan üzlü keçi dünyaya gəldi

22 İyul 2017 22:24

Ölümə fəlsəfi baxış

22 İyul 2017 22:22

Qətər Körfəz ölkələrini böhranın həllinə çağırır

22 İyul 2017 22:19

Roma şəhərində içməli su böhranı yaşana bilər

22 İyul 2017 22:17

Orqanizmdə A vitamini çatışmazlığı

22 İyul 2017 22:17

“Belarus” qoşqu və otla birlikdə yandı

22 İyul 2017 22:14

Şəfaverici gücü olan 5 QOXU

22 İyul 2017 22:12

İrsi xəstəliklər barədə məlumat

22 İyul 2017 22:12