Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Quba-Xınalıq yolunda hərəkət bərpa olundu

Quba-Xınalıq yolunda hərəkət bərpa olundu

Date: 29 October 2016 01:43

Dünən günorta saatlarında Quba-Xınalıq yolunun 35-ci km-də dağ uçqunu baş verib. Nəticədə iri qaya parçaları yolun hərəkət hissəsinə tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən Publika.az-a verilən məlumata görə, dərhal əraziyə yolun 32-ci km-də olan növbətçi texnikalar, canlı qüvvə cəlb olunub və qısa müddəıt ərzində yol qaya parçalarından təmizlənərək hərəkət tam bərpa olunub.


Tags:  Quba-Xınalıq yolunda hərəkət bərpa olundu

RƏYLƏR


Top news