Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya BMT-nin İnsan Haqları Şurasından kənarda qalıb

Rusiya BMT-nin İnsan Haqları Şurasından kənarda qalıb

Date: 29 October 2016 02:12

Bakı. 29 oktyabr. REPORT.AZ/ Rusiya BMT-nin İnsan Haqları Şurasına seçilmək üçün kifayət qədər səs toplaya bilməyib.
"Report" xəbər verir ki, Şərqi Avropa dövlətlərindən iki yeri Xorvatiya və Macarıstan tutacaq.
Bu gün BMT Baş Assambleyası 2017-2019-cu illər üçün BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçib. Şuraya Şərqi Avropadan namizədliyini irəli sürən Rusiya 112 səs toplayıb.
Sonda Şurada Şərqi Avropa dövlətlərindən iki yeri 114 səslə Xorvatiya və 144 səs toplayan Macarıstan tutacaq.
Bundan əlavə, 1 yanvar 2017-ci il tarixindən üç illik dövr ərzində Şuraya Braziliya, Böyük Britaniya, Misir, İraq, Çin, Kuba, Ruanda, Səudiyyə Ərəbistanı, Tunis, CAR, ABŞ və Yaponiya daxil olacaq.

Tags:  Rusiya BMT-nin İnsan Haqları Şurasından kənarda qalıb

RƏYLƏR


Top news