Bakıda mənzildən meyit tapıldi

Bakıda mənzildən meyit tapıldi
02:29 29 Oktyabr 2016
58 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda mənzildə meyit tapılıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1950-ci il təvəllüdlü Bayramov Fəxrəddin Əhməd oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər . Əməliyyat saat 00:07-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257975

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR