Bolqarıstanda neft tapıldı

Bolqarıstanda neft tapıldı
06:19 29 Oktyabr 2016
58 Digər
Ölkə mətbuatı
A- A+

Qara dənizdə, Bolqarıstan sahillərində neft ehtiyatı aşkarlanıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Bolqarıstanın baş nazirinin müavini Tomislav Donçev bəyan edib.

 

“Total” şirkətinin bizə verdiyi xəbərə görə, “Asparux xan” yatağında neft ehtiyatı aşkarlanıb”, deyə T.Donçev bildirib.

 

O, hadisənin detallarını açıqlamayıb.

 

Qeyd edək ki, “Asparux xan” yatağı Qara dənizdə, Varna şəhərindən 130 km aralıda yerləşir. Neft yatağında kəşfiyyat işlərini tenderi qazanan konsorsium aparır. Konsorsiuma 40%-lik payla Fransanın “Total” başçılıq edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257981

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR