Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çanaxi

Çanaxi

Date: 29 October 2016 07:05

Milli.Az gürcü mətbəxindən çanaxinin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

800 q qoyun əti 
3 baş soğan 
500 q kartof
500 q badımcan 
500 q pomidor
1 l pomidor şirəsi 
quru acika (zövqə görə)
1 dəstə keşniş 
1 dəstə cəfəri
3 diş sarımsaq 
duz

Kartof, badımcan və pomidoru kubik doğrayın. Əti quşbaşı doğrayın. 
Ərzağı küpəyə lay-lay düzün, hər layı duzlayıb azca acika vurun - soğan + badımcan + kartof + xırdalanmış göyərti və pomidor + ən sonda qoyun əti.  Hər küpənin içinə pomidor şirəsi töküb ağzına folqa çəkin. 200 dərəcə qızdırılmış sobada 2 saat bişirin. İlk yarım saatdan sonra temperaturu bir qədər azaldın. Hazır xörəyə bir qədər də doğranmış göyərti və xırdalanmış sarımsaq əlavə edin. 10 dəqiqə dəmdə qalandan sonra süfrəyə verin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 


Tags:  Çanaxi

RƏYLƏR


Top news