Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sabiq nazirin sərxoşluq nəticəsində öldüyü təsdiqləndi

Sabiq nazirin sərxoşluq nəticəsində öldüyü təsdiqləndi

Date: 29 October 2016 07:14

Rusiyanın sabiq mətbuat naziri Mixail Lesinin Vaşinqtonda ölümü ilə bağlı cinayət işi dayandırılıb.

 

APA TV-nin məlumatına görə, müstəntiqlər ölümün bədbəxt hadisə olması qənaətinə gəliblər.

 

Prokurorluğun məlumatına görə, polis və prokurorluq Federal Təhqiqatlar Bürosunun dəstəyi ilə sabiq nazirin ölümü ilə bağlı ətraflı araşdırma aparıblar. Təxminən bir il davam edən araşdırmalar nəticəsində məlum olub ki, sabiq məmur bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Ölümə kəskin alkoqol zəhərlənməsi də təsir edib.

 

Müəyyən edilib ki, 57 yaşlı Mixail Lesin bir neçə gün həddin artıq alkoqol qəbul etdikdən sonra 2015-ci il noyabrın 4-də oteldəki otağına girib. Səhəri gün isə onun üzərində xəsarətlər olan meyiti tapılıb. İstintaq videogörüntülər və şahid ifadələri əsasında bu qənaətə gəlib ki, sabiq nazirin başındakı küt xəsarətlər sərxoş vəziyyətdə yıxılma nəticəsində alınıb.

 

Qeyd edək ki, Mixail Lesin 1999-2004-cü illərdə Rusiyanın mətbuat naziri, 2004-2009-cu illərdə isə Rusiya prezidentinin müşaviri vəzifəsini tutub. O, 2013-2015-ci illərdə “Qazprom-media holdinq”ə rəhbərlik edib.

 


Tags:  Sabiq nazirin sərxoşluq nəticəsində öldüyü təsdiqləndi


RƏYLƏR


Top news