Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bred Pitt və Ancelina Colinin Yeni Orleandakı evi 4,9 mln. dollara satılıb

Bred Pitt və Ancelina Colinin Yeni Orleandakı evi 4,9 mln. dollara satılıb

Date: 29 October 2016 07:27

Bakı. 29 oktyabr. REPORT.AZ/ Hazırda boşanma prosesində olan amerikalı aktyorlar Ancelina Coli və Bred Pitt Yeni Orlean şəhərindəki (Luiziana ştatı) üçmərtəbəli evlərini 4,9 mln. dollara satıblar. Sövdələşmə cümə günü rəsmiləşdirilib.
"Report" xəbər verir ki, bu barədə daşınmaz əmlakın qeydiyyat bürosundakı çıxarışa əsasən "Associated Press" məlumat yayıb.
"Ev ədalətli qiymətə satılıb. Bu, nəticədən xoşbəxt olan hər iki tərəf üçün yaxşı sövdələşmədir", - deyə rieltor Nina Kayllin bildirib.
Ev 1930-cu illərdə inşa edilib və onun 5 yataq otağı, 3 tualeti və 2 vanna otağı var.
Pitt və Coli mülkü 2007-ci ildə 3,5 mln. dollara satın alıb.

Tags:  Bred Pitt Ancelina Colinin Yeni Orleandakı evi mln dollara satılıb

RƏYLƏR


Top news