Gürcüstanda iki kanal "Azerspace-1"ə qoşuldu

Gürcüstanda iki kanal "Azerspace-1"ə qoşuldu
07:52 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC Gürcüstanın daha iki kanalı - "Palitra" TV və "Trialeti" TV kanallarının kommersiya yayımına dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, kanallar 2016-cı ilin oktyabr ayından etibarən "Azerspace-1" peyki üzərindən 11095/H/27500  tezliyi ilə yayımlanır. Adıçəkilən kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, idman, musiqi, yumor və mədəniyyət verilişləri nümayiş olunur.
Milli.Az ICTnews-a istinadən bildirir ki, reyk operatoru, həmçinin, Türkiyənin "Damar" FM radio kanalı ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi  radio kanalı "Azerspace-1" peyki üzərindən 2016-cı ilin oktyabr ayından etibarən 11027/H/7500 tezliyi ilə yayımlanmaqdadır.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/484070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR