Bu SİM kartlara şəbəkə gərək deyil

Bu SİM kartlara şəbəkə gərək deyil
08:05 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Kembric Universitetinin alimləri tərəfindən hazırlanmış yeni texnologiya internetə çıxışı olmayan rayonlarda mobil ödənişləri etməyə imkan verir.

Bu məqsədlə yaradılmış nazik elektron çip "SİM" kartın yuxarı hissəsinə bərkidildikdən sonra mobil telefona taxılır. Bu çipin daxilində yerləşdirilmiş qurğu iki telefon arasında "SMS" mesajlardan istifadə etmədən əməliyyatlar həyata keçirməyə imkan verir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, pul köçürülməsi zamanı çip tərəfindən yaradılmış səkkizrəqəmli kod qurğular tərəfindən yoxlanılır: kod uyğun gəldiyi halda pul köçürülməsi uğurla həyata keçirilir. İnternetə qoşulma zamanı tranzaksiya haqda informasiya mobil ödənişlər sisteminin serverlərindəki tarixçədə qeydə alınır.

İstehsalçılar bildiriblər ki, yeni texnologiya smartfonlara aid deyil, "Bluetooth", "NFC" texnologiyaları olmayan ən sadə cihazları əhatə edir.

"DigiTally" layihəsi, ilk növbədə, ənənəvi bank infrastrukturu mövcud olmayan regionlarda reallaşdırıla bilər. Bir qayda olaraq, belə ərazilərdə, həmçinin mobil rabitə qüllələrinin şəbəkəsi yoxdur, buna görə öz işində "SMS" mesajlardan istifadə edən mobil ödəmə xidmətləri orada işləmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/484069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR