İtirdiyini tapmaq üçün edilən dualar

İtirdiyini tapmaq üçün edilən dualar
08:17 29 Oktyabr 2016
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Cabir ibni Abdullah Ənsari Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "Nə zaman sizə bəla nazil olsa, ya hakimin zülmündən qorxsanız, kamil dəstəmaz alın və iki rükət namaz qılın. Sonra əllərinizi göyə qaldırıb deyin: "یا عَالِمَ الْغَیبِ وَ السَّرَائِرِ یا مُطَاعُ یا عَلِیمُ یا اللَّهُ یا اللَّهُ یا اللَّهُ یا هَازِمَ الْأَحْزَابِ لِمُحَمَّدٍ یا کَائِدَ فِرْعَوْنَ لِمُوسَى یا مُنْجِی عِیسَى مِنْ أَیدِی الظَّلَمَةِ یا مُخَلِّصَ قَوْمِ نُوحٍ مِنَ الْغَرَقِ یا رَاحِمَ عَبْدِهِ یعْقُوبَ یا کَاشِفَ ضُرِّ أَیوبَ یا مُنْجِی ذِی النُّونِ مِنَ الظُّلُمَاتِ یا فَاعِلَ کُلِّ خَیرٍ یا هَادِیاً إِلَى کُلِّ خَیرٍ یا دَالًّا عَلَى کُلِّ خَیرٍ یا آمِراً بِکُلِّ خَیرٍ یا خَالِقَ الْخَیرِ وَ یا أَهْلَ الْخَیرِ أَنْتَ اللَّهُ رَغِبْتُ إِلَیکَ فِیمَا قَدْ عَلِمْتَ وَ أَنْتَ عَلَّامُ الْغُیوبِ‏ أَسْأَلُکَ أَنْ تُصَلِّی عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ"

"Ey, aşkar və gizliyə agah olan! Ey, İtaət olunan, ey, Müdrik. Ya Allahu, ya Allahu! Ey, İsaya (ə) zalımlardan nicat verən! Ey, Nuh qəbiləsini qərq olmaqdan xilas edən! Ey, Yəquba (ə) rəhm edən! Ey Eyyubun (ə) əziyyətini aradan qaldıran! Ey, Zulnuna qaranlıqdan nicat verən! Ey, bütün yaxşılıqları yerinə yetirən! Ey, hər yaxşılığa hidayət edən! Ey, hər xeyrə əmr edən! Ey, hər yaxşılıq icad edən! Sən mənim Allahımsan! Sən bildiyin hacətə görə mən Sənə üz tuturam! Sən hər gizlidən agahsan! Səndən istəyirəm ki, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərəsən". Ondan sonra Allahdan hacətini istə.
Hədislər və din alimlərinin tövsiyəsinə görə itirdiyin şeyi tapmaq üçün beş mühüm dua vardır. Bu dualar xalis niyyətlə oxunmalıdır. İtirdiyin əşyaları tapmaq üçün Allaha təvəkkül edib bu duaları oxumaq məsləhətdir:
1. Milli.Az deyerler.org-a istinadən bildirir ki,  İmam Əlidən (ə) nəql edilir ki, buyurub: "Hər kimin itmişi varsa, iki rükət namaz qılsın və hər bir rükətdə "Həmddən" sonra "Yasin" surəsini qiraət etsin. Namazdan sonra desin:
اللَّهُمَ‏ یَا هَادِیَ‏ [رَادَّ] الضَّالَّةِ رُدَّ عَلَیَّ ضَالَّتِی
2. İmam Baqirdən (ə) nəql edilir ki, buyurub: "İki rükət namaz qılın və deyin: اللَّهُمَ‏ رَادَّ الضَّالَّةِ هَادِیاً مِنَ الضَّلَالَةِ رُدَّ عَلَیَّ ضَالَّتِی
3. Ayətullah Behcət buyurur: "İtmiş şeylər üçün bu dua yaxşıdır: " اللهم انّی اسئلک یا مُذَکِّرَ الخیرِ و فاعلَهُ و الآمِرَ بِهِ اَن تُصلّیَ علی محمدٍ و آل محمد و تُذَکِّرَنی ما اَنسانیه الشیطان ". Bu dua unutduğunu yadına salmaq üçün də faydalıdır.
4. "Təhifətul-rəzəviyyə" kitabında oxuyuruq ki, namaz qıldıqdan sonra bu duanı oxuyun: اللَّهُمَ‏ یَا رَادَّ الضَّالَّةِ رُدَّ عَلَیَّ ضَالَّتِی
5. Hər kimin itirmiş bir şeyi varsa, 119 dəfə "Ya Həfiz" desin. Ondan sonra isə 119 dəfə "Loğman" surəsinin 16-cı ayəsini oxusun.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR