Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

“Twitter”in Rusiyadakı yeganə əməkdaşı ixtisara düşdü

“Twitter”in Rusiyadakı yeganə əməkdaşı ixtisara düşdü

Date: 29 October 2016 08:32

"Twitter" mikrobloqunda çalışan yeganə Rusiya vətəndaşı ixtisara düşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, son 3 ildə "Twitter"in "Media partnerships" bölməsində çalışan Aleksey Şelestenko hazırda şirkətin həyata keçirdiyi ixtisar dalğasına tuş gəlib. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. A. Şelestenko şirkətin Rusiyadakı yeganə əməkdaşı idi.
 
"Bu 3 ildə nə qədər maraqlı hadisələr baş verib... Rusiyadakı "Twitter" macəralarım haqda kitab yazmaq olar", - deyə o, bildirib.  
 
Qeyd edək ki, "Twitter" əməliyyat xərclərini azaltmaq üçün ixtisara başlayıb. Şirkət əməkdaşlarının 9 faizini - 350 nəfəri işdən çıxaracaq.

Milli.Az


Tags:  Twitterin Rusiyadakı yeganə əməkdaşı ixtisara düşdü

RƏYLƏR


Top news