GIF sevərlər üçün cənnət

GIF sevərlər üçün cənnət
08:42 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Sosial mediada böyük bəyənmə toplayan ancaq tapılması üçün bir xeyli axtarış edilən GIF-lər üçün artıq yeni bir mənbə var. Internet Archive, milyonlarla köhnə GIF-i bir araya gətirdi.

İnterneti arxivləyən vacib bir xidmət olan Internet Archive, 20-ci ilinin şərəfinə, yeni bir GIF arxivini təqdim etdi.

Milli.Az technote.az-a istinadən bildirir ki, 4,5 milyon GIF-dən ibarət olan arxivdə, çox köhnə və klassik GIF-lər yer alır.

Geocities-də yer alan milyonlarla GIF ilə yaradılan və GIFcities adını alan arxiv eyni zamanda GIF-in yer aldığı orijinal saytın Wayback Machine üzərindəki arxiv görüntülərinə də keçid linkini əlavə edir. Beləcə o GIF haqqında olan xəbər və şərhləri də oxumaq imkanınız olacaq.

90-cı illərdən qalma 4,5 milyon GIF ilə tam mənası ilə rəqəmsal bir arxeoloji dəyərə də sahib olan yeni arxiv vasitəsi ilə, sosial mediada artıq 90-cı illərə aid çox daha artıq GIF görmək mümkün olacaq.

Maraqlananlar yeni GIF arxivinə bu linkdən baxa bilərlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/484065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR