Klinton Trampı 6 faiz qabaqlayır

Klinton Trampı 6 faiz qabaqlayır
08:47 29 Oktyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 6% qabaqlayır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, agentlik və "İpsos" şirkəti tərəfindən birgə keçirilən son sorğuya əsasən, Klinton seçicilərin səsinin 42 faizini, Tramp isə 36 faizini toplaya bilər.
 
Sorğuda 1627 respondent iştirak edib.
 
Qeyd edək ki, iki gün əvvəl "USA Today" qəzetinin keçirdiyi son sorğuya əsasən, Klintonun rəqibindən üstünlüyü 9%  təşkil edib.
 
Xatırladaq ki, ABŞ-da noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR