Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pakistanda keyfiyyətsiz viskidən 10 nəfər ölüb

Pakistanda keyfiyyətsiz viskidən 10 nəfər ölüb

Date: 29 October 2016 08:52

Pakistanın Pəncab əyalətinin Celam şəhərində xristianların yaşadığı məhəllədə keçirilən toy mərasimində keyfiyyətsiz spirtli içki qəbul edən 10 nəfər dünyasını dəyişib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yoxlama nəticəsində məlum olub ki, qəbul edilən spirtli içki həmin məhəllədə ev şəraitində hazırlanıb.

Pakistanda müsəlmanlara spirtli içki qəbul etmək qadağandır, ancaq bu qadağa ölkədə yaşayan xristianlar və induslara şamil olunmur.

Qeyd edək ki, bu ilin martında da Pakistanın Kəraçi şəhərində spirtli içki qəbulundan 40 nəfər dünyasını dəyişmişdi.

Milli.Az


Tags:  Pakistanda keyfiyyətsiz viskidən 10 nəfər ölüb

RƏYLƏR


Top news