Messencerlər sosial şəbəkələrdən populyar olur

Messencerlər sosial şəbəkələrdən populyar olur
09:05 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu gün müxtəlif messencerlər və çat-botlar internetdə o qədər geniş yayılıb ki, sosial şəbəkələri geridə qoyub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, son beynəlxalq tədqiqata əsasən, messencerlər populyarlığına görə sosial şəbəkələri ötüb keçib.

Əgər sosial şəbəkələrin istifadəçilərinin sayı təxminən 2,5 milyard insandırsa, mobil əlavələrlə ani məlumat mübadiləsindən artıq 3 milyarddan çox insan istifadə edir. "Facebook", "Skype" və "Telegram" kimi iri şirkətlər müştərilərin rahatlığı və lazımi məlumata tez çatmanı təmin etmək üçün özünün şəxsi bot platformalarını işə salıblar.

Biznes də həmçinin istifadəçilərin nəyi bəyəndiklərini yaxından izləyir və müasir texnoloji proseslərin ritmi ilə ayaqlaşmağa çalışır. Onlar da alıcılarla ünsiyyət qurmaq üçün daha çox messencerlərdən istifadə etməyə başlayırlar. Artıq bankın və ya digər şirkətin ayrıca proqramını yükləməyə ehtiyac qalmır. Sevimli əlavənin köməyi ilə lazımi botu yazmaq kifayətdir ki, bütün lazımi məlumatlar öz əlinizdə olsun. Botlar suallara cavab verə bilir, qarşılıqlı suallar cavab verir, məhsulların kartlarını, bank kartlarının balanslarını və bir çox digər işləri göstərə bilir.

Korporasiya sahibləri də qazancdadırlar. Çünki "qaynar xətt"lərə olan bir çox müraciətlər demək olar ki, eyni məzmunludur. Deməli, onlara da avtomatik cavablar vermək mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/484063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR