Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lavrov və Kerri Hələbdəki vəziyyəti müzakirə ediblər

Lavrov və Kerri Hələbdəki vəziyyəti müzakirə ediblər

Date: 29 October 2016 09:05

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, S. Lavrov və C. Kerri Suriyanın Hələb şəhərindəki vəziyyəti müzakirə ediblər.
 
"Tərəflər Suriya münaqişəsinin həlli yolları, Hələbdəki vəziyyəti  müzakirə edib. Suriyada mötədil müxalifətin terrorçu qruplaşmalara qarışması probleminə toxunulub", məlumatda deyilir.
 
Qeyd edək ki, ABŞ Suriya hökumətini və Rusiyanı Suriyada müxalifət qüvvələrinə  zərbələr endirməkdə ittiham edir.  Rusiya isə ABŞ-ı Suriya müxalifətinin terrorçu qruplaşmalarından ayrılmasına təsir etməyə çağırır.

Milli.Az


Tags:  Lavrov Kerri Hələbdəki vəziyyəti müzakirə ediblər


RƏYLƏR


Top news