Sumqayıtda yanğın: 3 nəfər zəhərləndi

Sumqayıtda yanğın: 3 nəfər zəhərləndi
09:17 29 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda yanğın qeydə alınıb.

Milli.Az FHN-ə istinadən bildirir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Yüksək temperaturdan bitişik tikilmiş sahəsi 200 m2 olan kafenin tavanı 25 m2 sahədə əriyib.

Yanğın zamanı yaşayış binasından 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuş və 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım xidmətinə təhvil verilib.

Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.

Yanğın saat 02:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/484324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR