“Qəbələ” “Neftçi”ni, “Qarabağ” AZAL-ı sınağa çəkir - YENİLƏNİR

“Qəbələ” “Neftçi”ni, “Qarabağ” AZAL-ı sınağa çəkir -   YENİLƏNİR
09:27 29 Oktyabr 2016
71 İdman
Ölkə mətbuatı
A- A+


Bu gün Topaz Premyer Liqasında X tur start götürəcək. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki oyun keçiriləcək. Çempionluğa əsas namizədlər - “Qəbələ” ilə “Qarabağ” birinci dövrədə böyük hesabla məğlub etdikləri “Neftçi” və AZAL-ı sınağa çəkəcəklər.

Roman Qriqorçukun rəhbərlik etdiyi “qırmızı-qaralar” ilk dövrədə Baqali Dabonun 3, Ruslan Qurbanovun 2, Vitali Vernidubla Filip Ozobiçin 1 və Jayro Rodrigesin avtoqolu ilə “ağ-qaralar”a 80 illik tarixləri ərzində ən acı məğlubiyyətlərdən birini yaşatmışdılar. 

Cari mövsümdə qələbə üzü görməyən yeganə komanda olan AZAL isə ilk dövrədə “Qarabağ”a 0:6 hesabı ilə yenilib. Həmin dueldə Reynaldo Silva ilə Maksim Medvedev dubl etmiş, Migel Madera ilə Dani Kintana hərəyə bir qol vurub. 



15:00 “Qəbələ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rahil Ramazanov 

Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, Rauf Cabbarov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu (3500 yerlik)

İlk oyun – 8:0



17:00 AZAL – “Qarabağ”

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Akif Əmirəli

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Ömər Paşayev

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Məlik Həsənov

“AZAL Arena” (3500 yerlik)

İlk dövrə: 0:6




Klub

O

Q

H/H

M

T/F

X

1

Qəbələ

9

6

3

0

22:3

21

2

Qarabağ

9

6

1

2

20:5

19

3

İnter

9

4

5

0

13:8

17

4

Kəpəz

9

2

5

2

7:8

11

5

Zirə

9

3

2

4

8:10

11

6

Sumqayıt

9

2

3

4

8:14

9

7

Neftçi

9

2

0

7

6:20

6

8

AZAL

9

0

3

6

4:20

3

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 7.


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qbl-neftcini-qaraba-azal-snaa-ckir-t53722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR